Günün sualı AXCP lideri Əli Kərimlidən gəldi:
“Xalqını azacıq sayan, onunla hesablaşan bir hökumət də referendum elan edib, sonra da çörəyin qiymətin qaldırar? Gerçəkdən də adama ağır gəlir. Bunlar xalqı niyə belə aşağılayırlar? Niyə bizi bu qədər itaətkar, dilsiz-ağızsız sayırlar? Həm deyirlər ki, “referendum keçirib sizin mülkiyyət hüququnuzu əlinizdən alcağıq, monarxiyamızı qanuniləşdirəcəyik, bizim sülalə hakimiyyətinə “hə” deməyi sizin boynunuza qoyacağıq”, həm də paralel olaraq soyğunçuluğu bir gün də dayandırmırlar – tam bu ərəfədə işığın, suyun, çörəyin qiymətini qaldırırlar. Xalq olaraq düşünməliyik, xatırlamalıyıq ki, hansı səhvlərimizə görə hakimiyyət bizi heç sayır? Nəyə görə ağıllarına da gətirmirlər ki, biz də bezə, hamılıqla dinc etiraz qərarı verə bilərik? Bəlkə saymazlığa görə bunları peşman etməyin vaxtıdır”?