Xalq Cəbhəsinin üzvü nə ilə və necə fərqlənir?

Qənimət Zahid

Xalq Cəbhəsinin yaranmasını xatırlayırammı? Bu günlərdə bir gənc mənə belə bir sual yazmışdı. Qısaca cavab verdim: “Əlbəttə, xatırlayıram“. Virtual mükalimə elə burda da bitdi.

 

Amma mən bu hadisəni, sadəcə olaraq, xatırlamıram, həm bu hadisəni yaşam kimihiss edirəm bütün əvvəlki (yəni, Xalq Cəbhəsinin yaranmasına gətirib çıxaran) sonrakı prosesləri yaşadığımı hiss edirəm. 1988-ci ilin Meydan hərəkatına qədərki,sonra Xalq Cəbhəsinin yaranması, təşkilatlanması daha sonra ta bu günlərə qədər butəşkilatın daxilində ətrafında cərəyan edən bütün prosesləri yaşamışam axı.

Yeri gəlmikən, Meydan hərəkatı ilə manipulyasiya edənlər var. Bəziləri,bioqrafiyasının bütün digər olaylarını qabarda bilməyəndə, öz həyatlarını, məhz,Meydan hərəkatındakı rolunu şişirtməyə həsr edirlər bu mənə bir az da gülməligəlir. Meydan hərəkatının təşəbbüsçüləri təşkilatçıları arasında yer alanların dahamısını xatırlayıram, tanıyıram onların əksəriyyəti həyatın sonrakı prosesləri iləuğraşdıqları üçün çox böyük təvazökarlıqla Meydan hərəkatının müəllifliyinə iddiaetməkdən vaz keçirlər. Amma söhbət bunda deyil.

Mən Xalq Cəbhəsini cəbhəçilərlə yaşayıram. Əvvəllər onlar daha çox idilərmi? Bəli,daha çox idilər. 1992-ci ildə, Xalq Cəbhəsi hakimiyyətin astanasında olanda lap çoxidilər. Bir siyasi təşkilat üçün yetərincə normal prosesdir: bəzən azalar, bəzən çoxalar.Amma buazalanlar“, “çoxalanlarhansısa bir nüvənin, əsas mərkəzin ətrafındayığılıbdağılarlar. Həmin o NÜVƏ isə həmişə qalar. O nüvə qalmasa azalmaçoxalmakimi kəmiyyətləri müqayisə etmək mümkünsüz olar.

Azərbaycanın siyasi həyatının məhək daşları

Xalq Cəbhəsi öz tarixi boyu bir neçə dəfə parçalanma şoku da yaşayıb. Mən buparçalanmaların sırf ideoloji əsasda baş verdiyini qəbul etmirəm. Bütün qopmalardaparçalanmalarda əsas arqument, bəzən hətta, görünməyən arqument praqmatizmolub. Kimsə vədlər alıb, kimsə vədlərə susayıb, kimsə öz nifrətini ictimai boşqabdatəqdim etməyi bacarıb sair. Amma cəbhəçilər Azərbaycanın siyasi həyatının unikal,idealist, mübarizə simgəsi adlana biləcək məhək daşları kimi var olaraqqalmaqdadırlar.

Cəbhəçilikavtoritarizmin bütün mərhələlərində tətbiq edilən aramlıaramsızrepressiyaların ilk hədəfi olub olur. Milli müqaviməti, ictimai təpəri, sosial sifəti,kütləvi yaddaşı dağıtmaq üçün atılan bütün repressiv addımlar ilk növbədə cəbhəçilərihədəfə alıb. İndi elədir. Avtoritarizm var olduqca belə olacaq. Şübhəsiz, elə bunagörədir ki, özü üçün urvatlı bir sosial sima saxlamaq şərtilə siyasi meydana atılan,siyasi mübarizənin tərəfinə çevrilmək iddiasında olduğunu bəyan edənlərin dahapraqmatik olanları da ilk növbədə onun qayğısına qalıblar ki, cəbhəçilərlə hansısa birməsafəni saxlasınlar. Cəbhəçilərə çox yaxın görünmək diktaturanın həmlələrinə şərikolmaq deməkdir.

Cəbhəçilər bunu hər kəsdən daha artıq bilirlər. Özünü praqmatik siyasi qüvvə, siyasətədəxlinin olduğunu gizlətməyə üstünlük verən bütün ictimai mübarizə cəngavərlərindəndaha artıq cəbhəçilər bilirlər bunu. Buna baxmayaraq, onlar radikaldır, ədalətsizliyəqarşı birmənalı barışmazdırlar. Cəbhəçilər bilirlər ki, bu sərt barışmaz mövqe onlarıhəbslərə aparır, təhdid təqiblərin ilk qurbanlarına çevirir. Amma cəmiyyətinmənafeləri onların iliyinə hopub, onlar diktaturanın bütün millətə qarşı işləklərinintəsirini öz sümüklərinə, canlarına, həyatlarına çəkib o ictimai ağrıları azaldırlar. Şüurluşəkildə edirlər.

Hərdən təsəvvür etmək istəyirəm ki, cəbhəçilər olmasa, Azərbaycanın siyasi həyatında,ictimai şüurunda vəziyyət necə olardı illah eləyirəmsə, o şəraiti gözümünqabağına gətirə bilmirəm.

Ölkənin sınmayan qəddinin göstəricisi

Aydındır, Azərbaycanda avtoritar rejim bərqərar olub, diktatura, xüsusilə neft bumuillərində insanlığa yaraşmayacaq hoqqalardan çıxıb həmin inersiya ilə davamedir. Aşağıdan fərarilərin iniltisi, yuxarıdanyeni qüvvəssenarisi üzərində səssəsəverənlərin bağırtısıAmma ölkənin bu ən ağır şəklinin ən optimist çaları eləhəmin cəbhəçilərdir.

Həm , bu, mübarizə standartıdır. Əgər diktatura bu ölkənin ən qəddar düşmənidirsə,bu ölkəni ən qəddar düşmənlər kimi sındırmaqdadırsa, cəbhəçilik bu ölkənindüşmən qarşısında əyilməyən, sınmayan qəddinin göstəricisidir.

Daha praqmatik olanlar daha isti daha rahatmübarizəaparanlardır.

qədər çox praqmatik olacaqsansa, o qədər çox rahat olacaqsanAmma cəbhəçilər praqmatikdirlər. Onların praqmatizmi buna söykənir: “Haqsızlıq varsa, ona qarşıçıxmaq lazımdır“; “zülm varsa, ona qarşı dirəniş olmalıdır“. Xalq Cəbhəsi isəAzərbaycan xalqının təşkilatlanma, təşkilatlanaraq mübarizə aparma, təşkilatlanaraqsiyasətdə olma kültürünün parlaq ifadəsidir.

Cəbhəçilər Azərbaycanda avtorizmə qarşı mübarizənin simvollarıdır. Az əvvəldediyim kimi, gələnlər , gedənlər var. Qalanlar da var. Lap əvvəlki zamanlardanindiyə qədər qalanlar var. Onlarla, yüzlərlə, minlər, onminlərləonlar hər yerdə var.Onlar hər yerdə görünürlər.

Azərbaycanın bütün coğrafiyasında cəbhəçilər var onlar hər yerdə avtoritartəfəkkürə qarşı demokratik şüuru, inzibati terrora qarşı sarsılmaz iradəni nümayişetdirən Azərbaycan vətəndaşlarıdır. Onlardan təbəə düzəltmək mümkün olmadı olmayacaq da. Çünki, onlar Xalq Cəbhəsinin üzvləridir.