“Çörəyi qida rasionundan çıxarın”

Facebook çörəyin bahalaşmasını belə qarşılayır

Vahid Maharramov Kınık

-Keyfiyyətində və çəkisində müsbət dəyişiklik baş verməsə də bu gün “zavod çörəyi”nin qiyməti 25-50 faiz arası bahalaşdı.

Səadət Cahangir

-İstədim zarafatla yazam “bahalaşmanı dərd etməyin, çörəyi qida rasionunzdan çıxarın, ziyandır”. Sonra anladım ki, insanlar deyəcəklər, biz kral ailəsindən deyilik, çörəyi qida rasionundan çıxarsaq, yerdə nə qalacaq ki…

Elşən Bəyləroğlu

-Satıcılar deyir ki, təchizatçılar bu gündən etibarən satış nöqtələrinə çörəyi yeni qiymətlərlə gətirir: “Məsələn, daha çox istehlak olunan və “zavod çörəyi” kimi tanınan məhsul bu gündən etibarən bizə 46 qəpiyə gətirilir. Təbii ki, biz də qiymət artımına getməyə məcbur olduq. Bundan öncə 40 qəpiyə satılan çörək hazırda 50 qəpiyə satılır. Çəkisindən asılı olmayaraq, çörəyin qiyməti 10 qəpik artıb”.

Fuad Əhmədli

Cənablar, bu cür körpülər tikilir, yollar çəkilir. Ölkəmiz durmadan dünyaya tanıdılır. Durub 10 qəpiyin söhbətini eləməyi özümüzə necə yaraşdıraq axı?!

Rüfət Səfərov

-Kommunal tariflərin, qida məhsullarının qiymətinin dəfən-dəfən artması, manatın gedərək dəyərsizləşməsi, təqaudçünün günlərlə bankomat önündə boynunu büküb pensiyasını gözləməsi, insan həyatının ucuşlaşması, hər gün saysız-hesabsız iş yerlərinin qapadılması, bir sözlə, yoxsulların həyatın daha da dibinə, varlılarınsa pikinə qalxması fonunda iqtisadi inkişafdan dəm vuran rəsmilər utanmamaq qalsın bir yana, açığı, həm də cəsarət sahibidirlər…

Azer Lerikli Talış

+Salam mənə ordan iki dənə çörək ver
-Buyurun 1 manat edir
+A kişi nə bir manat 40 qəpik deyildi çörək?
-Dünən 40 qəpik idi bu gün qalxıb
+Camaatı daha boğaza yığmısız bəsdirində

-Mən yazıq satıcı neyniyim? Mən qaldırıram məyər mənim ustumə qışqırırsız?Yuxarıdakılar qaldırıb. Bizə belə deyiblər sat bizdə belə satırıq.
Bu an müştəri market mudurunu çağırır səbəb satıcını şikayət edir. Dərhal olduğum üçün müdaxilə edirəm

Mən:Niyə satıcını şikayət edirsən hə? Axı o yazıq 200 manata 12 saat işləyir. Çörəyi hakimiyyət qaldırır duxun çatır get ona etiraz elə. 50 yaşında kişisən düşmüsən uşağın ustunə. Utanıram sənin kimilərin yerinə mən
+Sən Allah məni siyasətə qatma. Sakit evimə çorək apara bilirəm
Dərhal söhbətə yığışanlar arasında bir qadın kişiyə sərt reaksiya verir

Qadın:Kul sənin kişi başına hakimiyyətə etiraz edə bilmirsən düşmüsən uşağın ustunə. Sənin kimi kişilərdənsə Allah bu ölkəyə Xədicə kimi 5-10-nu versəydi dərdimiz qalmazdı

Bir az əvvəl Bakının Binə qəsəbəsində marketlərin birində çörək ustunde düşən söhbət. Valla bədbəxtçiliyin pik nöqtəsindəyik

Türkel Azertürk

Yerevanda insanlar 13 gündür meydanlardadır. Adamlar hökumətin yarıtmaz siyasətinə, işsizliyə, talançılığa, qiymət artımına etiraz edirlər, dirənirlər, haqlarını istəyirlər. Hökumət isə xalqın iradəsi qarşısında nəhayət ki, geri çəkilməyə məcbur olub. Qiymətlər aşağı salınıb, qalan tələblərin yerinə yetirilməsi ilə bağlı vədlər verilib. Hətta prezident müxaliflərin lideri ilə masaya da oturmağa razılıq verib. Xalq isə hələ də dirənir. Deyir ki, bu vədlərə qarnımız toxdur, biz prezidentin istefasını tələb edirik. Bütün bunlar düşmən ölkədə – Ermənistanda baş verir. Özü də bizim ölkəmizdə rəsmi krallıq elan edilən günlərdə, xalqın çörəklə imtahana çəkildiyi günlərdə. Biz isə dözəcəyik, səbr edəcəyik. Başımızı aşağı salıb, 50 qəpiyə çörək alacağıq, başımızı qaldırıb, intihar edəcəyik. Amma heç vaxt etiraz etməyəcəyik.

İlham Hüseyn

Hökumət yeni təsəlli növü axtarır. Bir müddət göyə uçan peykimizlə təsəlli verdilər, sonra Avropa Oyunları ilə bol ümid yüklədilər, ardınca Lələ təpə zirvəsiylə boynumuza minnət qoydular, daha sonra Formula-1 yarışını gözümüzə soxdular. İndi də Referendumla ağzımızı sulandırmaq istəyirlər. Amma bu Referenduma heç kimin tamahı düşmür. Vətəndaşın ahı peykimizdən də yuxarıya qalxıb, səfalət Formula-1 avtomobilindən də sürətlidir.
Kaş, ruhumuzun Tarif Şurası olaydı, vicdanımızı qaldıraydı.

Beydulla Manafov

Президент издал 12 указов, подписал 27 распоряжений, дал 234 указаний и 579 поручений! А эти бездельники взяли и подняли цены на хлеб! Слушай, этот ГАИ совсем тебя не уважает!

Nazim Bəydəmirli

Çörəyin bahalaşması haqqında: Mənim fikrimcə çörəyin qiymətinin inzibati yollarla tənzimlənməsi çox yanlış siyasətdir. Bu monopoliya şəraitində olan iqtisadiyyatımızda əsl monopolistlərə gücü çatmayan İqtisadiyyat nazirliyinin ucuz PR kompaniyasından başqa bir şey deyil. Onların da ancaq gücləri kiçik çörəkbişirmə sexlərinə və marketlərə çatır. Hökumət rəqabət mühiti formalaşdırmalı, iqtisadi fəaliyyəti stimullaşdırmalı, sahibkarların ucuz resurslara çıxışını asanlaşdırmalıdır. Mən əminəm ki, əgər bunlar baş vermiş olsa, liberal bazar təşəkkül tapsa, çörəyin qiyməti indikindən də ucuz olar və bu məsələnin ətrafında bu qədər ajiotaj yaranmaz. Siz balaca bir hesablama aparın, 4 nəfərdən ibarət olan bir ailə gündə hətta iki buxanka çörək istehlak edirsə, 10 qəpiklik bahalaşma onun büdcəsinə ayda əlavə 6 manat yük olacaq, ancaq vətəndaş elektrik enerji tarifinə 1 qəpik əlavə və ya su tarifinə 50% əlavə, və ya metro, avtobus gediş haqqına 30-50% əlavə tariflə ödəyəcəksə, ümumiyyətlə ali məktəblərə təhsil haqqları da daxil olmaqla, qiymətlər Tarif Şurası tərəfindən tənzimlənən xidmət və mallara artırılan əlavələrə – onun (vətəndaşın) xərcini hesablayın. Niyə bu qiymət artımlarına Tarif Şurasına rəhbərlik edən İqtisadiyyat naziri səsini çıxarmır, ancaq özəl sektor olan çörəkbişirmə və satışı guya “tənzimləməyə” qalxaraq tv-lərdə qalaq-qalaq reportajlar verdirir. Demək ki, çörəyin qiyməti ilə bağlı bütün qalmaqal və tədbirlər şoudan başqa bir şey deyil.