Aslanı ağladan ditdili

Əbil Həsənov

Meşənin şahı aslan ovunu yeyib ağacın altında yatdı. Bir ağcaqanad bunu gördü və aslanla əylənmək qərərına gəldi.O, aslana yaxınlaşıb qulağının dibində vızıldayaraq dedi:-“Buranı tezliklə tərk et.Mən burada yatmaq istəyirəm”. Aslan gözlərini açıb bir şey görməyib yatmağına davam etdi.Ağcaqanad yenidən aslanın qulağının dibində uçaraq dedi:-“Sənə demədim rədd ol buradan?! Buralar mənim yerimdir və mən burada yatmaq istəyirəm.”Aslan gözlərini açıb diqqətlə baxıb ağcaqanadı gördü və acıqla dedi:-“Sən kimsən ki ,meşənin şahına əmr edirsən?! Bu meşənin sahibi mənəm.”Ağcaqanad isə aslanla əylənməyi davam etdirmək üçün onu daha da hirsləndirərək :-“İndi mən sən elə ağladım ki, səsin meşəyə yayılsın”-deyib aslanın qulağına girib orada vızıldayaraq qulağını sancmağa başladı. Ağcaqanadın səsi aslanın beyninə işlədi. Asalan ha yalvardısa da ağcaqanad aslanın qulağından çıxmadı.Aslan ağladı,başını yerə döyərək meşədə o tərəf bu tərəfə qaçdı, xeyiri olmadı. Meşə heyvanları yığışıb heç nə anlamayaraq aslana baxırdılar.Aslan o qədər ağladı ,qışqırdı ki, gücdən düşərək yerə yıxılaraq ağcaqanada yalvarmağa başladı.Ağcaqanad aslanın qulağından çölə çıxaraq aslana –“Görürsənmi, necə ağladarlar” deyərək uçub getdi.