Can Azərbaycan

Abdukaxxor Kosim (Tacikistan)

Təyyarədən enər-enməz başlandı sevdam,

İlk baxışdan sevdim səni, can Azərbaycan!
Günəş, dəniz, nur saçan ay, həzin gilavar,
Müdrik, nəcib ağsaqqalar, gözəl insanlar…
Sinəsində saz aşıqlar, muğambir dəstgah,
İlk baxışdan sevdim səni, can Azərbaycan!
Təyyarədən enər-enməz başlandı sevdam,
İlk baxışdan sevdim səni, can Azərbaycan!
Al şəfəqlər,şövqlü dalğa,çırpınan dəniz,
Yer üzündə cənnət varmış şəksiz-şübhəsiz.
Aşıqlardan ilham alıb qoşuram dastan,-
İlk baxışdan sevdim səni, can Azərbaycan!
Təyyarədən enər-enməz başlandı sevdam,
İlk baxışdan sevdim səni, can Azərbaycan!
Mahnı və rəqs, şeir-qəzəl, dərya təbəssüm,
Qonaq-sevinc, ürək-ipək, sevgi hər kəsin…
Qanad qoşa, istək uca, dostlar bir karvan,
İlk baxışdan sevdim səni, can Azərbaycan!

Tərcümə edən: İbrahim İlyaslı