Səfər Mehdiyev özünün “Twitter” hesabında yazıb ki, Dövlət Gömrük Komitəsi 2022-ci il yanvar-fevral ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 126,28 faiz yerinə yetirib. O bildirib ki, 820,84 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb və bu da nəzərdə tutulan proqnozdan 170,84 milyon manat artıqdır.
Səfər Mehdiyev öz prezidentini də, xalqı da aldadır, əməlli-başlı aldadır.
İdxalın və ixracın azaldığı, həmçinin gömrük özbaşınalığının ifrat dərəcədə olduğu bir zaman büdcə öhdəliyini necə 126,28% yerinə yetirmək olar? Nəzərdə tutulan proqnozdan necə 170,84 milyon manat artıq vəsait keçirmək olar?
Səfər Mehdiyev kimi və necə dolayır?
Əgər onun açıqladığı rəqəmlər həqiqidirsə, bu zaman bizim gömrükdə baş verən qanunsuzluqlar barədə dəfələrlə göstərdiklərimiz öz təsdiqini tapır. Belə ki, biz ödəfələrlə vurğulamışıq ki, gömrük orqanları qanunsuz yollarla sahibkarları malların bəyannamə dəyəri artırmağa məcbur edirlər. Təbii ki, dəfələrlə artırılmış gömrük dəyərindən ödənilən gömrük rüsum və ödənişlərinin də məbləği dəfələrlə artır. Bu da ölkənin baş gömrükçüsünün göstərdiyi büdcəyə nəzərdə tutulandan artıq ödənilmiş 170,84 milyon manat. Yəni, həmin vəsaiti Səfər Mehdiyev məcburi olaraq sahibkarlara ödətdirib və həmin vəsaiti ölkənin əhalisi ödəyir. Belə ki, həmin vəsait ölkəyə idxal olunan malların qiymətinə əlavə olunub və buna görə də malların qiyməti kəskin artıbdır. Bir debil məmurun özünü öz prezidentinə yaxşı rəhbər və bomba oğlan kimi göstərmək arzusuna görə xalqımız əziyyət çəkir.
İlk milyon !
İlk milyonunu hələ 2000-ci illərin əvvəllərində Dövlət Gömrük Komitəsinin Gömrük dəyəri şöbəsinin rəisi vəzifəsində işləyərkən qazanan Səfər Mehdiyev, sonradan Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuş və 100 millionlarla dəyəri olan müxtəlif mülklərə, daşınan və daşınmayan əmlaklara sahib olmuşdur. Sahibkarların cibinə girməyi, həmçinin büdcədən pulları qanunsuz mənimsəməyi Səfər Mehdiyev çox gözəl bilir. Buna görə də bu gün də vəzifədədir. Aldığı kimi verməyi də bacardığına görə.
Şəbəkə
Səfər Mehdiyev işə götürdüyü qohumlarından və yaxınlarından sözün əsl mənasında cinayətkar dəstə yaratmışdır və onlar sahibkarlara qarşı reketlik edərək onların pullarını müxtəlif bəhanələrlə əllərindən alırlar.
Gömrükçülər sahibkarlardan rüşvət tələb edirlər, malların gömrük dəyərinin artırılmasını və bununla gömrük rüsum və ödənişləri kimi əlavə vəsaitlərin ödənilməsini tələb edirlər, sahibkarların mallarını aylarla Karqo anbarlarında saxlayaraq yüksək məbləğlərdə anbar pulları ödəməyə məcbur edirlər. Bəzi hallarda malları aylarla terminallarda avtomaşınların və ya dəmiryol vaqonlarının üzərində saxlayırlar. Prezident və hüquq-mühafizə orqanları bu banditlərin qanunsuz əməllərini görmək niyyətində deyillər.
Səfər Mehdiyevin yaxın adamlarından biri də hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsində işləyən Mehman Sadıqovdur. Bu o Mehman Sadıqovdur ki, əvvəllər Tovuz Gömrük İdarəsinin rəisi olub. Həmin İdarənin rəisi olarkən Mehman Sadıqov öz qohumlarına şərait yaradaraq, tabeçiliyində olan Candargöl, Girzan, Poylu, Sınıq Körpü, Sadıxlı, Böyük Kəsik və 2-ci Şıxlı gömrük postlarından qaçaqmalçılıqla məşğul olurdu. Yalnız Mehman Sadıqovun qohumları və yaxın adamları həmin gömrük postundan qaçaq mal keçirə bilərdilər. Onlar əsasən Gürcüstandan mal-qara, avtomaşın ehtiyyat hissələri, mobil telefon, dərman, siqaret və spirtli içkilərin qaçaqmalçılığı ilə məşğul olurdular. Qaçaqmalçılıqla məşğul olanlara Mehman Sadıqovun qaynatası rəhbərlik edirdi. Bu qanunsuz işlərə əsasən Mehmanın arvad qohumları cəlb olunmuşdular.
Müəmmalı avtomobil oğurluqları
Mehman Sadıqovun cinayətkar dəstəsi həmçinin Azərbaycan Respublikasında bahalı, yəni dəyəri 100 min ABŞ dollarından artıq olan avtomaşınların oğurlanması, onlara saxta texpasport və nömrələrin düzəldilməsi və gömrük postundan Gürcüstana keçirilməsi ilə də məşğul olurdu.
2015-2018-ci illər ərzində ölkə ərazisində oğurlanmış avtomaşınların hamısı Mehman Sadıqovun əli ilə Gürcüstana keçirilmişdir. Təbii ki, həmin cinayət yolu ilə qazanılan pulların əsas hissəsi Komitə sədrinə və həmin vaxt Komitə sədrinin birinci müavini vəzifəsində işləyən Səfər Mehdiyevə çatırdı.
2018-ci ildə Mehman Sadıqovun qanunsuz fəaliyyəti hüquq-mühafizə orqanlarının diqqətini cəlb etdiyinə görə, həmçinin Qazax rayonunun icra başçısı Rəcəb Babaşovla da kəllə-kəlləyə gəldiyi üçün Səfər Mehdiyev Komitə sədri təyin olunan kimi onu qorumaq üçün Şirvan Gömrük İdarəsinin rəisi vəzifəsinə keçirmişdir.
Hal-hazırda isə Mehman Sadıqov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir. O, bu vəzifədə keçmiş arabaçı Bəhruz Quliyevi əvəz etmişdir və hazırda Bəhruz Quliyevin yaratdığı cinayət sxemi ilə fəaliyyətini davam edir. Təyyarə ilə ölkə ərazisinə gətirilən malları aylarla saxlayır Cahangir Əsgərovun MMC-nə məxsus Karqo anbarda, sahibkarlara yüksək məbləğlərdə anbar pulları ödətdirir, həmçinin sahibkarları bu və digər yollarla bəyannamədə göstərilən gömrük dəyərinin qaldırılmasına məcbur edir. Mehman Sadıqov nə ölkə prezidentini sayır, nə də ki, ölkənin qanunlarını. Hətda sahibkarların xeyrinə çıxarılmış məhkəmə qərarlarının da icrasından müxtəlif bəhanələrlə boyun qaçırır.
Mehman Sadıqov və aeroportlarımızda fəaliyyət göstərən gömrükçülərin cinayət əməlləri barədə ətraflı məlumatlar verəcəyik…
azerbaycansaati.tv