Əbil Həsənov
Geyib əsgər paltarını maskalanır “qəhrəman”,
Hədəf alır ölkəsinin vətən fədailərin.
Qarı düşmən qarşısında ikiqatdı qaməti.
Öz xalqına sərgiləyir “cəsarətin”, “hünərin”…
Qonşu məmləkətlə qısamüddətli döyüşdən sonra xeyli gənc “vətən”, “torpaq” deyə bağıraraq meydanlara toplanmışdı. Nədənsə şahın bu sözlərdən heç xoşu gəlmir, bunu deyənlərdən zəhləsi gedirdi. Buna görə də şah dərhal nümayişçilərin həbs edilərək qaranlıq zindanlara salınması haqda əmr vermişdi.
Şah baş vəziri olan arvadı və uşaqları ilə nahar süfrəsində əyləşmişdi. Süfrədə qovrulmuş insan əti də vardı. Ət son zamanlar həbs edilmiş dustaqlardan birinə məxsus idi. Onlar ləzətlə qızardılmış insan ətindən yeyib şahın həbs etdirdiyi insanların analarının,bacılarının,arvadlarının və uşaqlarının qanlı göz yaşları ilə dolu qədəhləri bir birinə vuraraq başlarına çəkdilər.Qanlı göz yaşları içib sərxoş olmuş şah uşaqlarından soruşdu:-“Yemək dadlı idi, balalarım?”
Balaları bir ağızdan” hə ata, dadlı idi”-dedilər.Uşaqları şahdan soruşdular.-“Ata, sənə insan əti yeməyi kim öyrədib?” Şah-“Bunu mənə atam öyrədib”-deyərək atasının divardan asılmış qızıl çərçivəli şəklini göstərdi. Şahın oğlu “Mən də axşam yeməyimizin belə dadlı olmasını istəyirəm” dedi.Şah cavabında :-“Narahat olma oğlum, nə qədər ki,qonşu dövlətlə torpaq münaqişəmiz var, hər gün sən bu münaqişədə ölənlərin və torpaq ,vətən deyib zindana saldıqlarımın ətlərini yeyib, onların analarının ,balalarının, arvadlarını qanlı gözyaşlarını qızıl qədəhlərə doldurub içəcəksən.”