Avropaya rüşvət niyə bu qədər məmnunluq yaradır? (video)

Əli Kərimli

Dostlar, sizləri təəccübləndirəcəm. İlham Əliyevin bu 1 dəqiqəlik çıxışına baxmanızı istəyirəm. Baxın və görün ki, Almaniyadan olan məruzəçi Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı sənədin AŞPA-dan keçməməsi İlham Əliyevi necə məmnun edibmiş. Görün o, AŞPA-dakı səsverməni demokratik qüvvələrin rüşvətxorlara uduzmasına necə sevinirmiş. Bu gün artıq bütün dünya bilir ki, həmin qətnamənin qarşısını Azərbaycan hakimiyyəti AŞPA deputatlarına rüşvət verməklə alıb. Təkcə İtaliya nümayəndə heyətinin başçısına 2.4 milyon avro verilib. Amma İtaliya nümayəndələrinin səsi yetməzdi, başqalarına da rüşvət paylanıb. Çalışacağıq ki, siyasi məhbuslarımızı “satmış” deputatlar digər ölkələrdə də üzə çıxarılsın. Öz ölkəmizdə isə yalnız bütövlükdə millət tədbir görə bilər. Bizim ölkədə rüşvətin rəsmi dövlət siyasəti olduğuna hələ də şübhə edənlər var?