Davud Məmmədov
Son bir neçə həftə Rusiyada baş verənlər KGB rejiminin nə qədər geridə qaldığını və müasir dövr üçün faktiki olaraq tamam yararsız hala gəldiyini açıq aşkar göstərir. Bir neçə sadə həqiqətləri bunlar hələ də anlaya bilmir:
1. Hər hansı haqsızlığın üstünü ört-basdır etmək artıq mümkün deyil. İnformasiya sizin istənilən çevik polis alayınızdan qat-qat daha çevikdir. Mobil telefonu olan hər kəs faktiki bir xəbər agentliyidir. Problem varsa, onun gizlədilməsinə və ya sırtıqcasına inkar olunmasına vaxt itirmədən, onun həlli ilə məşğul olun.
2. Etirazın önündə gedənlər var amma onların neytrallaşdırılması ilə etiraz dalğasının qarşısını almaq olmur. İnsanların təşkilatlanması üçün artıq hansısa liderin çağırışına ehtiyac qalmayıb. Sosial şəbəkələr, messenger qrupları və digər vasitələr bu rolu çox rahat şəkildə icra edir.
3. İnqlab küçələrdə yox, beyinlərdə yetişir. Odur ki, 5-10 nəfərlik kiçik etiraz aksiyalarını hər dəfə vəhşicəsinə dağıdanda siz minlərlə yeni müxalifətçi yetişdirmiş olursunuz. Onların küçələrə çıxması üçün artıq bir qığılcım yetərli olacaq.
4. Sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq kimi mənasız iş yoxdur. Mərkəzi bağlayacaqsan camaat qıraqda yığışacaq, meydanı bağlayacaqsan – ara küçələrlə yürüş edəcək, bir yerdə dağıdacaqsan – parçalanıb 10 fərqli yerdə toplaşacaqlar.
5. İnternetdə ictimai rəy formalaşdırmaq mümkün deyil. Sizin sovetdən qalmış media siyasətiniz qaldı TV dövründə. Sosial şəbəkələrdə yalanın ömrü nəyinki 40 gün, heç 40 saniyə də çəkmir. Trollara da boş-boş pul xərcləməyin. Birincisi onların troll olduğu o qədər aşkardır ki, bunu balaca uşaq da başa düşür. İkincisi nə qədər troll işə götürəcəksiniz ki? Milyonlarla real insan içində bu 5-10 min debillərin copy-paste olunmuş şərhləri nəyi dəyişəcək ki?
6. #AzadıAzadEt