Bayırdan əla görünür
2012- ci ilin sentyabrında ölkə mətbuatında belə bir xəbər oxumusuz, yəqin ki… Bəlkə də çoxlarınız oxumayıb. Amma həmin xəbəri diqətinizə gətirirəm:
“Xəzər rayonunun Buzovna qəsəbəsindəki 8 nömrəli sanatoriya tipli internat məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində əsaslı təmir edilib. Məktəb 1962-ci ildən fəaliyyət göstərir. Yararsız vəziyyətdə olan internat məktəbinin təmirinə 2012-ci ilin martında başlanılıb və sentyabr ayında təmir işləri başa çatıb. 2012-ci il sentyabrın 13-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin açılışında iştirak edib.
(təntənəli açılış mərasimi)
Məktəbin ümumi sahəsi dörd hektardır. 290 şagird yerlik sanatoriya tipli internat məktəbi iki hissədən – tədris korpusu və yataqxanadan ibarətdir. İkimərtəbəli tədris korpusunda xüsusi avadanlıqla təchiz olunmuş linqafon, fizika, kimya, hərbi vətənpərvərlik, əmək, kompyuter otaqları və müxtəlif fənn kabinetləri fəaliyyət göstərir. Burada həmçinin idman zalı, kitabxana, həkim otağı, 160 nəfərlik akt zalı vardır. Məktəbin həyətində 200 tamaşaçı yeri olan stadion inşa edilib. Stadionda idmanın müxtəlif növləri – basketbol, futbol, voleybol, tennis ilə məşğul olmaq imkanı vardır. Məktəbin ayrıca su anbarı vardır. Binada təhlükəsizlik kameraları quraşdırılıb. Üçmərtəbəli yataqxanada geniş və işıqlı yeməkxana, 10 yataq, 18 istirahət, kompyuter otaqları, həmçinin həkim kabineti vardır. Binada valideynlərin istirahəti və gecələməsi üçün şərait yaradılıb”.
Bu xəbərin saçdığı nikbinlik “Heydər Əliyev Fondu işləyir” qənaətini yaradır və artq 10 neçə ildir ki, Heydər Əliyev Fondu filan yerdə filan obyekti tikdi, açdı, düzəltdi, yaratdı kimi xəbərlər qulaqları və gözləri yağır edir…
Məktəbdə qaranlıq işlər baş verir
Amma bu xəbərdə adı keçən 8 saylı internat məktəbinin zibili çıxıb. Bu məktəbə uşaqlarını qoyan və dərhal da peşman olan valideynlərdən biri Azərbaycan Saatına belə yazır: “Oğlumu bu məktəbə qoydum, amma iki gündən sonra da oradan götürdüm. Səbəbi…” uzundur. Buna görə də həmin səbəbləri qısaca diqqətinizə çatdıracağıq.
Birincisi, bu məktəb təzə təmir olunsa da onun daxilində çox kirli işlər baş verməkdədir. Məktəbdə birinci sinifdə oxuyan oğlan uşağı zorlanıb, amma direktorun arxası bərk olduğuna görə sorğu-sual edən yoxdur. Məktəbin hər yerində quraşdırılan kameraların heç biri isə işləmir.
Bu şəkillərin altında gizlədilən tədris bərbad gündədir
İkincisi, uşaqlara geyim verilməlidir, amma verilmir və geyimi valideynlərə aldırırlar. Təkid edənlərə isə köhnə-külüş paltarlar verib başlarından edirlər.
Yataq otaqlarında həm də bitlər yaşayır
Üçüncüsü, uşaqlara verilən yemək normaya uyğun deyil və çox keyfiyyətsizdir. Məktəbin yataqxanasında bir- birə meydan sulayır. Təhsil hissəsində pedoqoji işin keyfiyyəti isə yeməklərin də keyfiyyətindən aşağıdır.
Amma əla məktəbdir. Heydər Əliyev Fondu tikib, təmir edib. Aparın uşaqlarınızı orada oxudun, arada evinizə də bir- birə daşıyın.
azerbaycansaati.tv