Dilavər Əzimli
tarixçi alim
Hər dəfə Cənub bölgəsinə səfər edəndə bütün ərazilərə baş çəkmək istəyirəm…Təəssüf ki, buna maddi imkan yetmir… Bu dəfə isə dostumuz, uzun illər bir cəbhədə mübarizə apardığımız və və Azərbaycanın müstəqilliyiuğrunda həyatımızın çox illərini birgə sərf etdiyimiz dostlardan olan Xanoğlan Əhmədlinin atasının yaz mərasimində olduq. Yas mərasimi Yardımılı rayonunun Şiləvəngə kəndində idi. İlk olaraq bildirim ki, Cənub zonası hələ də tarixi baxımdan yetərincə öyrənilməyibdir. Burada Azərbaycan tarixinin ən dərin qatları yerləşir. Burada aşkar olunan yazı nümunələrini oxuya bilməyən mütəxəssislər müxtəlif bəhanələrlə tapıntıların üstündən xətt çəkilməsinə nail olurlar. Bu da bölgənin tarixinin öyrənilməsinə ciddi ziyan vurur. Yas məraimindən sonra bu kəndi gözdən keçirdik… Kənddə VIII əsrə aid Çinar ağacına baxanda adam qürur duyur… Bu kənddə ilk baxdığımız ərazi kənd qəbrstanlığı oldu. Gördüyünüz abidələrlə doludur bu qəbrstanlıq… Burada üç-dörd mert uzunluğunda olan Oğuz qəbrləri vardır. Qəbrstalıqdan aşağı isə daş səradabələr vardır. Bu sərdabələr dörd daş sütunla əhatələnibdir. Daş sütunlar insan boyundan şox hündürdür. Buna necə nail olublar, aydın etmək olmur. Bu daşları gətirib burada necə ucaldıblar, bu da bəlli deyildir. Bir kənddə üç dövr abidələri yatır… Biri ən qədim dövrləri əhatə edir. İkincisi isə İslamaqədərki dövrə aiddir.. Üçüncüsü də İslam dövrü abidələridir. İndiyə qədər bu ərazilərdə bir dənə də olsun elmi ekspedisiya qrupu işləməyibdir.
Abidələri qızıl axtaranlar dağıdırlar… Bu dağıdıcı qrupların əksəriyyətinə İran dövləti himayədarlıq edir. Bunun səbəbi isə bizə məxsus yox edilmsədir. Qonşu Lerikdə də eyni vəziyyətdir… Eləcə də Cəlilabad da bu gündədir. Bu il arxeoloq Tufan Axundovun ekspedisiyası da pul ayrılmadığı üçün işləyə bilmədi. Bundan sonra da yazırıq ki, bəs Şumerdə, Subarda və sairələrdə türk izləri yoxdur… Adamlar Rusiya, Avropa tarix elmində yazılanlara az qala Quran ayələri kimi baxırıar. Özmüzə aid bir söz deyəndə başlayırlar ki. Biləcəridən o yana keçmirsiniz. Təbii ki, keçmirik. Heç lazım da deyildir. Gəlin Biləcəridən bu yana olan abidələrimizi öyrənək, sonra keçib onların gözlərinə soxarıq… Təəssüf ki, bu baş vermir…. Çünki bizim elmi ekspedisiyalarımıza ayrılan pulların çoxunu da yeyib üstündən su içirlər… Nəticə də belə olur… Bunun müqabilində Azərbaycanın Cənub abidələri məhv olmağa doğru gedir!!!