Parlament sədrinin Türkiyədəki “quş biznesi” və ya Türkiyənin Böyük Millət Məclisində yeni biyabırcılıq

 

Rusiyada striptiz-bar, Türkiyədə priton

Ağlınıza başqa şey gətirməyin, söhbət spikerin xanımı Zemfira Əsədovanın Moskvada açdığı striptiz-bardan getmir. Amma bu dəfə söhbət Əsədovlar ailəsinin başqa bir ölkədə, qardaş Türkiyədə açdığı real «quş» biznesindən gedir. Biznesin sahibi spikerin ailə üzvləridir, onların macəraları haqqında da ötən yazıların birində yazmışdıq. Bəli, Rəna Məmmədovadan iki uşağını zorla alaraq Türkiyəyə qaçıran Oqtay Əsədovun qızı. Türkiyədən bizə deyilənə görə, indi Əsədovun ailə üzvləri xalqdan oğurladığı milyonları hesabına Türkiyədə quşların və heyvanların satışı ilə məşğul olan bir necə dənə böyük bir ferma açıb. 12 hektarlıq ərazini tutan fermada bahalı ekzotik quşlar bəslənir ki, onların qiymətləri də hardasa 900-1000 dollar arasında dəyişir. Məsələn, təklif edilən Miro quşlarının, Türk taklası quşlarının qiyməti təxminən 900 dollardır. İstanbuldan gələn məlumata görə quşxanada minə yaxın belə qiymətli quş bəslənir. Satışa çıxarılan mallar arasında quşlarla yanaşı, digər ev heyvanları da var.

Türkiyənin Böyük Millət Məclisi üzvlərinə quş təklifi

Türkiyədə yaşayan məmurlardan biri deyir ki, artıq Əsədovun quş biznesi onların çevrəsində məsxərə mövzusuna çevrilib. Əlbəttə, məsələ təkcə quş və heyvan satışı ilə məşğul olmaqda deyil. Əhalinin yaşayış səviyyəsi normal olan ölkələrdə bu da yaxşı gəlir gətirən biznes sahəsi sayılır və bu işə məşğul olmaqda bir qəbahət yoxdur. Məsələ ondadır ki, bu bizneslə məşğul olan bir ölkənin parlamentinə rəhbərlik edən şəxsin ailəsidir və onlar həmin şəxsin adından başqa bir ölkənin parlament üzvlərinə endirimli quş, heyvan təklif edirlər. Bu xəbər kənar adamlardan deyil, elə Türkiyə Böyük millət məclisinin vəkillərindən birinin dilindən çıxıb. Onun sözlərinə görə, Oqtay Əsədovun qohumu orda bir neçə şəxslə görüşərək, onlara yaxşı qiymətə ekzotik məhsullar təklif edib. Bu tragikomik duruma gülüb keçmək də olar. Amma gülməkdən çox ağlamalı durum deyilmi? Spikerin Türkiyədə çox sayda biznes obyektlərinin olduğu çoxdan məlumdur. Onun oğurluq pulları Antalyadan tutmuş Bodruma gədər, Nişantaşıdakı ofislərə, Orta Köydəki evlərə və obyektlərə qədər səpələnib. Və hiyləgər adam sevimli prezidentini aldatmaq üçün bütün bunları yaxın dostlarının və qohumlarının adına rəsmiləşdirib. Amma deyəsən bu adamda tamah qılıncdan daha itidir. O qədər itidir ki, qosqoca parlament sədri gedib Moskvada striptiz-bar biznesindən, Türkiyədə quşxana biznesindən qazanc götürməkdən belə utanmır. El arasında da yaxşı deyirlər “utanmasan, oynamağa nə var ki…”

Bir ananı bədbəxt etmiş xoşbəxt spiker qızı

Bu biznesin sahibi spikerin qızlarıdır və heyvan pornofilmində çəkilən kürəkəni də ki, yəqin hamınız tanıyırsınız. O, zaman onun porno videosuna 250 min azərbaycanlı baxıb. Youtube kanalında şərhlərdə bu barədə öz fikirlərini də söylədilər. Keçənlərdə mətbuatda bunlar haqqında çox yazılıb. Bu həmin cütlükdür ki, Bakıda iki uşaq anasını gözüyaşlı qoyub, onun iki uşağını məhkəmə yolu ilə əlindən alaraq Türkiyəyə qaçırıb. Bu məsələ ilə bağlı uşaqları əlindən alınmış ana ölkə prezidentinə müraciət etmişdir. Biz hələ durub bu tip adamlardan uşaqpulu tələb edirik. Bunlar insanların əlindən halal uşaqlarını alıb vermirlər, onlara uşaqpulumu verəcəklər?

İndiyə qədər nə Parlament, nə Prezident, nə də Spikerin özü “Parlament rəhbərinin” ailə üzvlərinin əmlakına dair hər hansı bir hesabat və ya izahat verməyib. İctimaiyyət deputatların xalqa bu hörmətsiz münasibətini qızğın müzakirə edərək, anti-xalq Parlamentində ciddi islahatlar aparmağa çağırır. Bu çağırışlar sosial şəbəkələrdə çox aktiv aparılır. Spiker Əsədovun və Milli Məclis deputatlarının ətrafında baş verən digər qalmaqallar ilə bağlı, yüksək qanunverici orqanlarda islahatlar tələbi ilə kütləvi etiraz aksiyaları keçirilməsi qərara alınıb.