Berlində Heydər Əliyevə heykəl qurub aşırtdılar

Avropa ölkələrində yaşayan azərbaycanlılar yanvarın 18-də Berlində aksiya keçiriblər.

Aksiyanı Berlində yaşayan azərbaycanlılar təşkil edib. 60 -a yaxn azərbaycalının tələbi, siyasi məhbuslara azadlıq, saxta ittihamlarla həbs olunmalara etiraz, İlham Əliyevin istefası, ədalətli məhkəmə sistemi olub.

Avropa ölkələrində yaşayan azərbaycanlılar yanvarın 18-də Berlində aksiya keçiriblər.

Azərbaycan səfirliyinin qarşısına toplaşan aksiyaçılar Azərbaycandkı bütün siyasi məhbusların azad edilməsini, müstəqil və müxalif fikirli ictimai-siyasi təşkilat və şəxslərə qarşı repressiyaların dayandırılmasını , prezident İlham Əliyevin istefasnıı və ədalətli məhkəmə sistemi yaradılmasını tələb ediblər.

Etirazçıların sözlərinə görə, səfirlikdən aksiyaya heç bir münasibət bildirilməyib.

Qryd edək ki, Avropada yaşayan azərbaycanlılar ötən il dekabrın 17-də də Almaniyanın Münster şəhərində eyni tələblə aksiya keçiriblər.

Aksiyaçılar həmin vaxt “Biz qul deyilik”, “Siyasi məhbuslara azadlıq”, “Avropa, Azərbaycanda insan haqlarına biganə qalma” kimi şüarlar səsləndiriblər, Azərbaycanda həbsdə olan jurnalistlərin, bloqçuların, gənc fəalların şəkillərini qaldırıblar.

Beynəlxalq insan haqları təşkilatları dəfələrə Azərbaycan hakimiyyətini ölkədki bütün siyasi məhbusları azad etməyə, qanunun aliliyi , söz, sərbəst toplaşma və mətbuat azadlığına hörmətlə yanaşmağa çağırıblar.