XƏRÇƏNG XƏSTƏLİYİ NİYƏ QRİP KİMİ YAYILIR?

On milyon nəfərlik ölkəmizdə ötən il xərçəngdən ölənlərin sayı 8 min 133 nəfər təşkil edib.

 

SOS siqnalının vaxtı çoxdan keçib, cənablar! 
Səhiyyə Naziri başda olmaqla vicdanı yerində olan bütün rəhbər əməkdaşlar onkoloji xəstəxanalara müraciət edənlərin ciddi sürətdə monitorinqin aparsınlar. Xərçəng xəstəliyinə tutulanların sayının ədədi yox, həndəsi silsilə ilə artığının dəqiq diaqnostikasını müəyyənləşdirsinlər. Normal məntiqlə bu dərəcədə olan qorxunc statistika onların vicdanın silkələməlidir. Dünya Səhiyyə Təşkilatının hər min nəfərə düşən xərcçəng xəstəliyinin ölkələr üzrə dinamikasına diqqət etsinlər.
Azərbaycanda 2017-ci ildə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 45 min 756, 2018-ci ildə isə bu rəqəm 48 min 685 olub. Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə isə, təkcə Azərbaycanda 2018-ci ildə 11 min 606 şəxsdə xərçəng aşkarlanıb.
Müqayisə edin…
On milyon nəfərlik ölkəmizdə ötən il xərçəngdən ölənlərin sayı 8 min 133 nəfər təşkil edib.
2017-ci ilin statistikasına görə, 7,4 milyon nəfər əhalisi olan İsraildə simvolik həddədir. ÜST metodologiyasına görə, bu qədər əhali sayına görə ölkədə 25 min nəfər insan xərçəngdən dünyasın dəyişməli idi. Amma 2017-ci ildə bu ölkədə xərçəng xəstəliyindən ölənlərin sayı cəmi 108 nəfər olub.
Buyurun….
Sonra deyirlər ki, devalvasiya niyə olur? Əsas qollardan biri də səhiyyə sisteminin dişsizliyinə görə, vətəndaşların sağlıq durumları ilə bağlı ölkədən xaricə çox böyük məbləğdə valyuta axınnın baş verməsidir. Çünki, iqtisadi sistem valyuta qazanmağı yox, daha çox xərcləməyi, valyuta gəlişini yox, daha çox çıxışını təşviq edir!

Məhəmməd Talıblı