Rejimin olmayan nüfuzuna güclü zərbə

Əbil Həsənov

Gürcü vətəndaşlarının Azərbaycan-Gürcüstan sərhəddində keşik çəkən əsgərimizin silah və döyüş sursatını əlindən alması biabırçılıqdır. Bu biabırçılığın məsuliyyətini şəxsən İlham Əliyev daşıyır. Əgər İlham Əliyevin beynəlxalq aləmdə siyasi çəkisi olsaydı, nə Paşinyan Şuşada “Yallı” oynayardı, nə də hansısa bir gürcü qələt edib əsgərimizdən güllə darağını ala bilərdi.Neynəyək ki, İlham Əliyevin başı Azərbaycanı çapıb talamağa qarışıb.Onun gücü ancaq Azərbaycan vətəndaşlarına çatır. Azərbaycan əsgərinin Gürcüstanla sərhəddə aşağılanaraq tərk-silah olunması ürəkağrğıdığcı bir faktdır… Əsgərə qarşı bu sayqısızlıq təkcə onun şəxsinə deyil, Azərbaycan dövlətinə qarşı,öılkə rəhbərliyinə və şəxsən Ali Baş Komandan İlham Əliyevə qarşı bir təhqirdir.Əgər videoya diqqətlə baxanda Azərbaycan ərazisinə nəinki gürcüstanın sıravi vətəndaşları və hatta Gürcüstanın sərhəd qoşunlarının də daxil olmuşdular.Normal dövlətlərdə Səhrəd xidmətinə cavabdeh şəxslər istefa verir. Azərbaycan əsgərinin bu cür rəzil duruma düşürülməsinin ən böyük günahı və məsuliyyəti onlar daşıyırlar.Axı əsgər vətənə sadiq olmağa hərbi and içir amma o nəinki andına əməl etmir, silahı uğrunda müqavimət göstərməyi belə, ağılına gətirmir. Halbuki, Azərbaycan xalqının milli mentalitetində silah, at, arvad kişinin namusu kimi qəbul edilib və yüzillər boyu bu təsəvvür özünü qoruyub. Digər tərəfdən, hər əsgər mənsub olduğu xalqın bir fərdidir. Xalqın Prezidenti necədirsə, xalq və onun əsgəri də o cürdür.Çox təəsüf ki, Azərbaycandakı mövcüd diktatura rejimi öz kreslosunu qorumaq üçün xalqın mübarizə əzmini qırır, ona igidlik, qəhrəmanlıq dəyərləri əvəzinə, qorxaqlıq, yaltaqlıq, ən yaxın insanlarını satmaq kimi əxlaqsızlıqlar təlqin olunur.İlham Əliyevin diktatura rejimlərinin hərbi qulluqçularından böyük qəhrəmanlıq gözləməyə dəyməz: “Çünki rejim özünü qorumaq naminə insanlarımızın bu yüksək dəyərlərini əlindən alıb. Bu da öz nəticəsini sərhəd postlarında göstərir. Bir neçə ay bundan əvvəl Gürcüstan siyasiləri və prezidenti tərəfindən başlayan informasiya savaşına mövcud rejim layiqli cavab verə bilmədi, gürcülərin aqressivliyi qarşısında qorxaqlıq nümayiş etdirib, geri çəkilmə mövqeyi sərgilədi. Bu da Azərbaycanın siyasi meydanda gücünün itirilməsi ilə nəticələndi. Bu Elçin Quliyevin yeganə səhvi deyil.Yadınızdadırsa bir neçə ay bundan əvvəl Zaqataladan Hacı Muradın qəbrindən onun sümüklərinin qalığıqlarını oğurlayıb Rusiya ərazisinə keçirmişdilər. Amma bu hadisəyə görə İlham Əliyev Elçin Quliyevi cəzalandırmağa cürəti çatmadı.Əgər onu vaxtında cazalandırsaydı indi bu kimi hadisələr təkrar olumazdı. “Vaxtiylə MTN-in təcridxanasından Rəhim Qazıyev və digərlərinin qaçırılmasından sonra İlham Əliyevin atası o vaxtki MTN naziri Nəriman İmranovu işindən azad edərək həbs etdirmişdi.” İlham Əliyevdə bir neçə dəfə Qurana və Azərbaycan dövlətinin Konstutsiyasına and içərək Azərbaycanın ərazi bütövlüyünün və vətəndaşlarının təhlükəsizliyinə təmanat verdiyini deyib. Ancaq buna əməl edibmi? İlham Əliyev verdiyi bütün vədlərə xilaf çixıb.