Baş gömrükçü Səfər Mehdiyevin «Lenovo»su, qarın ağrıları və profilaktik tədbirləri

17 yanvar 2022-ci il tarixdə müşavirə keçirən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Komitənin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi, gömrük general-mayoru Bəhruz Quliyevi ordakı vəzifəli şəxslərin qarşısında danlayıb, iradlarını bildirib və 3 gün vaxt verib ki, Qabil Məmmədovu və başqa bloger və jurnalistləri susdursun.

Səfər Mehdiyev əsəbi halda Bəhruz Quliyevə deyib : «Hər şey sənin axmaqlığından baş verib, gördün ki, o, qadın dirənib, bəyannamədə göstərdiyi qiyməti qaldırmır, əl çək də ondan, nə dirəmisən? Sənin axmaqlığına görə Qabil Məmmədov bizim Komitəyə qarşı kompaniya başlatdı. Qabil danışmayanacan bizimlə heç kimi işi yox idi. İndi get çanın çıxsın onu və digər blogerləri və jurnalistləri susdur».

Baş Gömrükçünün fövqəladə iclası

Bundan sonra Səfər Mehdiyev İdarə və şöbə rəislərinə göstəriş verib ki, sahibkarları dirəyəndə ehtiyatlı olsunlar, üzərində mobil telefonu olan sahibkarları qəbul etməsinlər. Həmçinin, Komitənin hüquqşunaslarına göstəriş verib ki, sahibkarların iddiası ilə məhkəmələrdə olan işlər üzrə məhkəmə hakimləri ilə dil tapıb onları pulla və ya digər yollarla ələ alıb sahibkarın xeyrinə qərar qəbul edilməməsinə, sahibkarların iddialarının rədd edilməsinə nail olsunlar.

Arif Paşayev bağbanının oğluna general rütbəsi verdirib.

Arif Paşayev, Mehriban Əliyevanın atası

Xatırladaq ki, gömrük general-mayoru Bəhruz Quliyev əvvəllər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsində işləmişdir. Bəhruz Quliyevin həmin vəzifəyə sıçrayışı qısa müddət ərzində olmuşdur. Belə ki, o, əvvəllər aeroportda sərnişinlərə məxsus yüklərin araba ilə daşınması ilə məşğul olmuş, sonradan vəzifədə işləyən tanışlarının vasitəsi ilə təyyarə «parkovşiki» işləmişdir. Sonradan 1-ci xanımın atası Arif Paşayevin bağbanı işləyən atası Faiq Quliyev oğlunun gömrükdə işlə təmin olunmasını Arif Paşayevdən xahiş etmiş və bundan sonra Bəhruz Quliyevin gömrük orqanlarında qısa müddət ərzində rəhbər vəzifələrə gətirilməsi və gömrük general-mayoru rütbəsinə çatması baş vermişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə ən qan içən rəisi kimi tarixə düşmüş, vəzifə səlahiyyətlərindən istifadə edərək sahibkarları uzun müddət ərzində süründürməçiliyə məruz qoymuş, onlara hədə-qorxu gələrək bəyannamədə göstərilən gömrük dəyərlərinin bir neçə dəfə artırılmasını tələb etmiş və bununla da gömrük rüsum və yığımlarının artmasına nail olmuşdur. Ən çox gömrük rüsumu yığan İdarə rəisi kimi təltiflər almışdır, sahibkarlardan guya, rüşvət almayan statusunu qazanmağa çalışmışdır. Lakin sonradan məlum olmuşdur ki, Bəhruz Quliyev Karqo anbarının Tofiq adlı müdiri ilə qanunsuz iş birliyi yaradıb. Bəhruz Quliyev sahibkarların ünvanına daxil olan malların gömrük rəsmiləşdirilməsi zamanı sahibkarların öz anbarında saxlanca verilməsinə içazə verməyərək, onları qanunvericiliyin tələblərinə zidd olaraq Karqo anbarlarına yerləşdirmiş, həmin malları uzun müddət ərzində sərbəst dövriyyə buraxmayaraq anbar pullarının şişməsinə nail olmuşdur.

Xatırladaq ki, Karqo anbarında saxlanc haqqı dövlətin gömrük anbarındakı saxlanc haqqından 50 dəfə artıqdır. Sahibkarı süründürməçiliyə məruz qoyub, qanunla nəzərdə tutulandan daha çox uzun müddətdə gömrük rəsmiləşdirməsi apardıqdan və bəyannamədəki gömrük dəyərinin bir neçə dəfə artırılmasından sonra, sahibkara dəfələrlə artıq miqdarda gömrük rüsumunun ödətdirilməsinə nail olduqdan sonra mallar buraxılışa verilirdi. Bundan sonra sahibkar Karqo anbarına nəğd şəkildə külli miqdarda saxlanc pulu ödəyib mallarını çıxardırdı. Sonradan isə həmin anbar pulları Bəhruz Quliyevlə «krısa Tofiqin» arasında bölünürdü. Qeyd olunan qeyri qanuni işlərdə mühüm rolu digər gömrükçü həmin vaxt Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Gömrük Əməliyyatları İdarəsinin rəisi vəzifəsində işləyən Pərviz Kəngərli oynamışdır. Pulların yığılması, cinayətkar qruplaşmanın üzvlərinə və yuxarı vəzifəli şəxslərə çatdırılması işi ona həvvalə edilmişdir. Eyni zamanda Pərviz Kəngərli həmin İdarədə Səfər Mehdiyevin çuğulu (Gömrükdə bu ləqəb rus dilində olan «suka» ifadəsi ilə işlədilir) olaraq Bəhruz Quliyevin fəaliyyətini nəzarəti altında saxlayırdı. Sahibkarlarla da danışıqları, onlardan hədə-qorxu ilə əlavə pulların ödənilməsinin tələb edilməsi funksiyası da Pərviz Kəngərliyə və onun rəhbərlik etdiyi Gömrük Əməliyyatları İdarəsinin əməkdaşlarına həvalə edilmişdir.

Şikayətlərdən tərs istifadə

Lakin sonradan çoxsaylı sahibkarların bloger və jurnalistlərə şikayətlər etməsi, mətbuatda bu barədə dərc olunmuş məlumatların və çıxışların sayının artması Səfər Mehdiyevə imkan vermişdir ki, kadr dəyişikliyi aparsın, özünə yaxın adamları irəli çəksin, istəmədiyi şəxsləri isə daha aşağı və ya gəlirsiz vəzifəyə keçirsin. Buna görə də Pərviz Kəngərlinin vəzifəsi artırılaraq Bakı Baş Gömrük İdarəsinə təyin olunmuş, Bəhruz Quliyev isə Komitənin mahiyyətçə aşağı olan İdarəsinin rəisi vəzifəsinə aparılmışdır.  Bəhruz Quliyevin yerinə isə keçmiş müavini Mehman Sadıqov təyin olunmuşdur. Lakin hazırda Mehman Sadıqov da Bəhruz Quliyevin yaratdığı cinayət sxemi ilə sahibkarları soymaqla məşğuldur.

Səfər Mehdiyevin apardığı gömrük islahatları dalana dirənmiş, iqtisadiyyatda böhran yaranmış, qiymətlər kəskin artmış, idxal mallarının keyfiyyəti isə çox aşağı düşmüşdür. Çünki, sahibkara hazırda keyfiyyətli mal gətirmək sərf etmir. Səfər Mehdiyev yalnız öz yaxın adamlarına şərait yaratmışdır. Hal hazırda yalnız Səfər Mehdiyevin yaxın adamları maneəsiz olaraq malları ölkəyə idxal edə bilirlər. «Yaşıl dəhliz» deyilən buraxılış sistemindən də yalnız Səfər Mehdiyevin qohumları istifadə edir. “Yaşıl Dəhliz” buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir. Həmin “Yaşıl dəhliz»dən yalnız Səfər Mehdiyevin yaxın adamları istifadə edə bilirlər. Hazırda həmin dəhlizi gömrükçülər və sahibkarlar öz aralarında “Səfər dəhlizi” və “Səfər kolidoru” adlandırırlar. Bu dəyşətdir.

Radikal qərarlar və tədbirlər

Bütün yuxarıda qeyd olunanların, həmçinin Bəhruz Quliyevin və Pərviz Kəngərlinin iştrakı ilə bəzi banklar və vəzifəli şəxslər tərəfindən milliardlarla pulların nəğd şəkildə Azərbaycandan xarici ölkələrə çıxarılması və digər cinayət faktlarının Qabil Məmmədov tərəfindən aşkar olunması, işıqlandırılması və həmin faktların sonradan Hesablama Palatası, Maliyyə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən aparılan yoxlamalar zamanı təsdiq olunması, buna görə bir neçə gömrük əməkdaşının həbs olunması, xidməti yerlərinin dəyişdirilməsi ilə nəticələnmişdir. Qabil Məmmədov tərəfindən gömrük cinayətlərinin və gömrük qanunvericiliyinin pozulması faktlarının aşkar edilməsi, mətbuatda, sosial şəbəkələrdə bu qanunsuzluqların işıqlandırılması kompaniyasının hazırda da digər bloger, jurnalist və partiya sədrləri tərəfindən davam etdirilməsindən qəzəblənən Səfər Mehdiyev İdarə rəisi Bəhruz Quliyevə, nəyin bahasına olur-olsun, blogerlərin və digər jurnalistlərin, partiya sədrlərinin susdurulması, sosial şəbəkələrdən, saytlardan və başqa internet resurslarından Dövlət Gömrük Komitəsi, onun struktur bölmələri və əməkdaşları barədə nüfuzdan salan məlumatların silinməsi və yığışdırılması tapşırığını vermişdir.

azerbaycansaati.tv