AzTv-nin rəhbəri xalqı qıcıqlandırır?

 

Oqtay Əsədovun Heydər Əliyev irsinə töhfəsi

Yəqin ki, 10 may günü AzTv-dən Heydər Əliyevin məzarını ziyarət edən dövlət rəsmilərinin sıralanmasına diqqət etdiniz. Adı aylardır böyük qalmaqallarda hallanan Parlament sədri Oqtay Əsədovun harada dayandığını da gördünüz. Baxın, parlamentin adını “şərəfləndirən” o boyda striptiz söhbətləri ndən sonra adam yenə vitse-prezident Mehriban Əliyevanın yanında dayanır. AzTv də sanki bu nüansı birilərinə mesaj verirmiş kimi geniş planda göstərib, “qürur” yaradır.

Bəs, aylardır sosial şəbəkələrdə etiraz kampaniyaları keçirən, spikerin istefasını, parlamentin buraxılmasını tələb edən insanların etirazını heçə sayan vitse-prezidentin onu yanında daşımasının məqsədi nədir? Yoxsa o da kimlərinsə acığına spikerin yanında dayanıb onun toxunulmaz olduğuna işarə edir? Yoxsa vitse-prezident unudub ki, yanında dayanan adam ölkənin ən ali qanunverici orqanını dünyada rüsvay edən biridir. Unudub ki, arvadı Moskvada “Kapriz” adlı stripiz-bar işlədən bu şəxs bu cür rəsmi tədbirlərdə, ən azı, bir qədər arxa planda dayansa yaxşıdır. Ən azı… Spikerin dünyanın müxtəlif yerlərində dəyəri milyonlarla ölçülən mülklərini isə bir tərəfə qoyuruq, çünki bu tərəflərdə elə spiker də yanında dayananların heç birindən geridə qalan deyil.

Əsədov Heydər Əliyevin açdığı Bakinskaya küçəsində priton açdı

Deyilənə görə Parlamentdəki deputatlar öz aralarında məsxərəylə danışırlar ki, Əliyev rejiminə ən böyük hədiyyəni Oqtay Əsədov verib. O, Heydər Əliyevin Moskvada açdığı “Bakinskaya” küçəsində “Kapriz” adlı striptiz-bar açmaqla rejimə dəyərli töhfə edib.

Zaur Əliyev