Avropadakı mühacirə görə Azərbaycanda repressiya

 

Almaniyadan deport edilmiş azərbaycanlı mühacirlər Bakıda « Atletlər kəndi »ndə saxlanılaraq sorğu-sual edilir. Sorğunu DTX müstəntiqləri aparır və mühacirlərin Avropadakı siyasi mühacir təşkilatları ilə, bloqerlərlə əlaqələri araşdırılır. Bu sorğu-sualın nə ilə bitəcəyini təxmin etmək asan deyil.

Başqa tərəfdən, Avropadakı siyasi müahcirlərin Azərbaycandakı yaxınlarına və ailə üzvlərinə qarşı da təqiblər davam edir.

Hal hazırda isveçrədə siyasi mühacir həyatı yaşayan Talıbov Bəhruz Ramiz oğlunun da Azərbaycandakı ailə üzvlərinə qarşı polis basqıları adi hal alıb. Onun Azərbaycandakı ailə üzvlərinə təzyiq edirlər ki, Bəhruz Talıbov siyasi fəaliyyətini dayandırmalıdır. Əks halda, yaxınlarının həbsi ilə hədələyirlər.