Gəncədə Mehribanın biznesini vurdular (Video-Foto)

Gəncə – Bakı reyslərinə maskalılar hücum edib

Gecə saatlarında rayonlara avtobus reysləri 2010-cu ilin may ayından ləğv edilmişdi, oktyabrın birindən etibarən bu reyslər bərpa edildi.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovanın da maraqlı açıqlaması olmuşdu ki, “Gecə reysləri ilk növbədə yaxın məsafələr üçün nəzərdə tutulub. Bu istiqamətlərdə gecə saatlarında hərəkət edəcək avtobuslar bizim tələblərə uyğundur. Onlar normal, təhlükəsiz, komfortlu iritutumlu avtobuslardır”.

Söhbət 2015-ci ildə ölkəmizdə keçirilən Avropa Oyunları üçün xaricdən gətirilmiş 300 ədəd “Neoplan” avtobuslarından gedir. Sözügedən avtobuslar gecə reysləri ləğv edildikdən sonra 1-ci vitse- prezidentin adi ilə sərnişindaşıma sektoruna yerləşdirilidi. Gəncə-Bakı və əks istiqamətlərdə marşrutlar üçün Neoplan avtobuslardan da 4 ədədini ayırmışdılar. Bu sərnişindaşıma ilə “Tatoğlu”, “Uğurlu Yol” və “Qəssaboğlu” firmalarının avtobusları da işləyirdilər. Yuxarıdan “Neoplan”nın sahibləri tərəfindən edilən təzyiqlər nəticəsində adlarını qeyd etdiyimiz firmaların oyundan sıxışdılrılb cıxarılması göstərişindən sonra rəqiblər arasında əsil savaş başladı.

Dünən gecə Gəncə -Bakı istiqamətində hərəkət edən 2 “Neoplan” avtobusuna basqın edilib. Deyilənə görə, başlarına qara maska keçirmiş şəxslər Gəncənin Nizami məqbərəsi yolunda sözügedən avtobusun şüşələrini vurub sındırmaqla yararsız hala salıblar. Anoloji hadisə ötən gecə Goranboy rayonun “Goran” ərazisində də baş verib. Hər iki avtobusda xəsarət alan sərnişinlər Gəncə Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Artıq səhər saatlarından etibarən Bakı Beynəlxalq Avtovağzalından Gəncə avtobusları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları tərəfindən xidməti maşınlarla mühasirəyə alıblar. Əldə etdiyimiz məlumatlara və göndərilən foto kadrlara əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quiluzadənin göstərişinə əsasən Beynəlxalq Avtovağzal Kompleksinin müdiri Cümşüd Bağırovun kabinetində sürücülərə zorən ərizə yazdırılır ki, biz bir daha gecə reyslərinə çıxmayacağıq. Hal-hazırda avtobuslara basqınla əlaqədar olaraq Gəncə Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsində əməliyyat qrupu yaradılıb. Adının çəkilıməsini istəməyən bir nəfər sürücü iddia edir ki, Gəncə avtovaqzalında sərnişindaşıma xidmətindən Gəncə polisinə “haqq” verilmədiyindən bu hadisələr baş verib. Belə ki, gecələr axşam saat 18-00 radələrindən sonra vağzalın giriş qapısında post patrul xidmətinin (PPX) əməkdaşları özlərinə biznes qurublar. PPX əməkdaşlarının vəzifəsi vağzal ətrafı yolları mühafizə etmək, vağzalda sərnişindaşımaya əngəlləri aradan qaldırmaqdan ibarət olsa da, onlar xirda həcmli mikroavtobuslarla sərnişin yola salmaqla məşğuldurlar. Bu gün birinci vitse – prezidentin adi ilə sərnişindaşıma sektorunda baş verən bu xaosa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məsul şəxsləri yuxarıda adlarını qeyd etdiyimiz firmalara qan uddururlar. Son dəqiqə aldığımız məlumatlara əsasən Bakıdan Gəncə istiqamətinə avtobusların hərəkəti tam məhdudlaşıdırılıb. Beynəlxalq Avtovağzal Kompleksinin direktoru Cümşüd Bağırov gecə reyslərinə çıxmamaqla bağlı Gəncə avtobus sürücülərini öz iş otağında girov saxlayır.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin müdiri Cümşüd Bağırovdan daha bir özbaşınalıq hər gün davam etməkdədir. Belə ki, hər avtovağzala girən sərnişin avtobusu 60 azn -lik yanacağı 21-ci əsr adlı yanacaq doldurma məntəqəsindən almazsa platformaya buraxmırlar. Bu özbaşınalıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Ramin Quluzadə təyin edildikdən sonra baş vermişdir.

Ramin