Mart gəldi, dərd gəldi. Bakımıza Oqtay Əsədovun Kaprizi haqda xəbər gəldi. Sosial şəbəkələr qaynıyır və mübahisənin əsas predmeti spikerin xanımı Zemfira Əsədovanın Azərbaycanın imicinə vurulmuş zərbədir. Bildiyiniz kimi, Moskvada yerləşən məşhur Kapriz adlı sauna-striptiz müəssisəsi spikerin ailəsinə məxsusdur. 100 illik cümhuriyyət tarixi və ənənəsi olan bir Milli Məclisin nüfuzuna böyük bir xələl gətirildi.
Bəzi deputatlar, çox gülməli də olsa, bunu əsaslandırmağa çalışdılar. Amma qanun əxlaqi prinsiplərdən, mənəvi dəyərlərdən uzaq olan çox şeyi qadağan etmir. Oqtay Əsədov dünyada bizim Milli Məclisin yerini axtarırdı. İndi o, əminliklə bunu tapdı. Kapriz sauna-striptiz mərkəzində. Özüdə Moskvada.
Belə ki, biz sosial media istifadəçilərinin arasında təhlil apardıq və onların bəzi şərhlərini sizə təqdim edirik. Buyurun özünüz qiymət verin xalq nə düşünür.
Zarafatla dolu, gülməli və ağlamalı şərhlər çoxdur, onların bəzilərini burada oxuyun:
1.Əgər Zamira Haciyevə Londonda 16-millionluq şoping edərək Azərbaycanı biyabır etdi, Zemfira Əsədova bu gədər pulu striptiz və sauna biznesinə xərclədi. Təssəvür edin ki, nə qədər erməni düşməni o Kaprizdə əyləndi… Bütün millət spikerin Kaprizinə görə utanır…
Nömrə bir deputat sauna-striptiz saxlayırsa, sıravi deputatlar nə etsin. Oqtay Əsədov bütün Milli Məclisi biyabır etməklə yanaşı bütün xalqımızı biyabır etdi
3.Moskvanın Bakı küçəsində Azərbaycanın xalqın dahi sənətkarlarına heykəllər ucaltmaq olardı, Zemfira Əsədova isə xalqı orada striptiz-bar ilə təmsil edir. Spiker Əsədovun haqqı yoxdur ki, Milli Məclisə birdə ayağını basin. O, istefaya göndərilməlidir.
4.Ölkə rəhbərliyi xalqa hesabat verməlidir, spiker Oqtay Əsədovun xaricdə mülkü hardandır? Söhbət heç striptiz-saunadan getmir, söhbət ondan gedir ki, Oqtay Əsədovun bu gədər pulu hardandır. Prezident gərək ona cəza versin ki, diqər məmurlara dərs olsun
5.Azərbaycanda gərək əxlaqsızliqın inkişaf agentliyi yaransın və oranın kurasiyası Oqtay və Zemfira Əsədovalara verilsin. Bütün ərəb turistlərlə iş və təbliğat bu təşkilata tapşırılsa yaxşı olar.
6.Deyirlər ki, müğənni Afət Aslan təhsil nazirliyinin tədbirində striptiz görsədirdi. Milli Məclis sədri Oqtay Əsədov Moskvada sauna-striptiz aça bilirsə, onda Afət Aslanlını da tənqid etmək olmaz. Oqtay müəllim bu striptiz məsələsini saldı moda. Axır ki, Milli Məclis də bir innovasiya etdi.
7.Əgər Ali qanunvericilik orqanın rəhbəri sauna-striptiz işlədirsə və orada narkotik satırsa, onda bax ölkəmiz nə gündədir. Belə olan halda, heç bir inkişafdan söhbət gedə bilməz.
8.Əgər, Zemfira Əsədova Moskvada massaj-sauna mərkəzini saxlayırsa, onda müştərilər arasında ermənilər də var. Təsəvvür edin ki, erməni diasporasının nümayəndələri bizim spikerin striptiz mərkəzində əylənir…
9.Oqtay Əsədov və Zemfira Əsədovaların bütün mülkləri müsadirə olmalıdır. Bu olaylar onu sübut edir ki, Azərbaycanda korrupsiya ilə heç bir mübarizə aparılmır.
İlham Əliyev spiker Oqtay Əsədovun ailəsinə məxsus mülklərlə bağlı xalqa hesabat verməlidir.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun deputatlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir, eyni zamanda xaricdə mülkə də aiddir, deputata belə hüquq verilmir. Bu məsələnin diqər tərəfi də var. Kaprizqeyt skandalından sonra oxucularda sual yaranıb, Oqtay Əsədovun və onun ailə üzvlərinnin bu gədər pulu hardandır? Bu sualı biz Prezidentə veririk. Oqtay Əsədov belə şeyləri anlamaz.
Əsədovlar “Feysbukun”in sahibi, “Total” neft şirkətinin səhmdarları deyillər, Azərbaycan Respublikasının vətəndaşıdırlar. Normal maaşları var. İndi isə məlum olur ki, spiker Əsədovun ailəsi Moskvada striptiz əyləncə mərkəzini saxlayır. Hansı pul ilə onu alıb? Təbii ki, xalqdan oğurlanmış puldan söhbət gedir.
Milli Məclisimizin tarixində birinci dəfədir ki, fəaliyyətdə olan Spikerin həyat yoldaşı gedir Moskvada sauna-striptiz biznesini açır. Bu fakt dünya üçün gülməli, ölkə üçün ağlamalı bir hadisədir. Söhbət ondan getmir ki, Əsədovlar pulu hardan oğurlayıb, söhbət ondan gedir ki, az-çox hakimiyyət düşüncəsi, dövlətçilik təfəkkürü olan, cümhuriyyət dəyərlərinə, öz xalqına, ilk növbədə isə özünə hörmət edən bir Milli Məclis sədri bunu etməməli idi.
Dövlət və respublika deyilən bir sistemdə Parlament sədrinin xanımı Moskvada belə bir biznes açırsa, o, həmin hərəkətlə Parlamentin fatihəsini vermiş olur. Acı da olsa bu reallıqdır, bir az gülməli, bir az da ağlamalı Milli Məclisimizin reallıqı.
Azərbaycan xalqı İlham Əliyevdən Parlament sədrinin Kapriz və Moskvada mülk olayı ilə bağlı hələ də hesabat gözləyir…
Əbil Həsənov