AND Hərəkatının Vüqar Niftiyevin saxlanılmasıyla bağlı

                  AND Hərəkatının Vüqar Niftiyevin saxlanılmasıyla bağlı 

                                        BƏYƏNATI

Bu gün,11 iyun 2019-cu il tarixində AND Hərəkatının üzvü,Turan TV əməkdaşı Vüqar Niftiyev Almaniya polisi tərəfindən Azərbaycana deportasiya edilmək üçün saxlanılıb.

AND Hərəkatı bu deportasiyanın ağır nəticələr törədə biləcəyini,Vüqar Niftiyevin Azərbaycanda həbs edilmə,işgəncələrə məruz qalma ehtimalının yüksək olduğunu nəzərə alaraq dərhal bütün imkanlarını səfərbər etmişdir.

Gün ərzində AND Hərəkatı Sərhədsiz Repartyorlar Təşkilatı,Almaniya Xarici İşlər Nazirliyi,Almaniya Federal Polisiylə təmaslar qurub və bu qurumların Vüqar Niftiyevin Azərbaycana mümkün deportasiyasının beynəlxalq humanitar və siyasi qalmaqala səbəb olacağını diqqətinə çatdırıb.Eyni zamanda bu gün onadək AND üzvü və digər mühacirlər Düsseldorf Hava Limanına yollanaraq orada Vüqar Niftiyevin sərbəst buraxılması tələbiylə aksiya təşkil edib.

Bildiririk ki,göstərilən təşəbbüslər müsbət nəticəsini verib. Son anda Vüqar Niftiyev təyyarədən düşürülüb. Artıq Vüqar Niftiyev sərbəst buraxılıb və onun deportasiyası təxirə salınıb.

AND Hərəkatı yuxarıda adı çəkilən qurumlara və bu gün Düsseldorf Hava Limanındakı etiraz aksiyasının iştirakçılarına minnətdarlıq edir.

AND Hərəkatı Azərbaycan hakimiyyətini mühacir və ölkədaxili müxalif fəalların təqibinə son qoymağa çağırır.

Strasburq şəhəri
11 iyun 2019