Spiker Oqtay Əsədovun Nəvələri ya da Milli Məclisdə Qanlı Santa-Barbara
Bu həftə Spiker Oqtay Əsədov Milli Məclisdə deputatları tənqiq edərək Parlamentdə ciddi reformalardan danışdı. Deputatlar Spikeri lağa salıb dedilər ki: ““Ciddi reformalar”deyəndə spiker deputatların cayxanadan əsas zala gəlməyini nəzərdə tutur.”
Amma yalnız bu deyil. Oqtay Əsədov çoxlu sayda səbəblərə görə deputatları lağ və ironiya hədəfidir. Bir də davam edən, ardı- arası kəsilməyən qalmaqallar. Bütün müzakirələr isə, əlbəttə, Oqtay Əsədovun heç cür bağlaya bilmədiyi, reqlamentinə nəzarət edə bilmədiyi çayxanada baş verir.
Dram belə başlayır…
Oqtay Əsədovun 7 nəvəsi var. O, nəvələrin arasında ikisi- 05.02.2010-cu il təvəllüdlü Akif Məmmədov-Əsədovun və 12.02.2011-ci il təvəllüdlü Nərmin Məmmədova-Əsədovanın xüsusi tarixçələri var. Onları spiker Əsədov və qızı sap-sağlam anadan oğurlayıblar. Bəli, oğurlayıblar. Oğurlanma və “razborka” instrumenti isə Azərbaycan məhkəmələri oldu.
Hər şey belə başlayırdı. Oqtay Əsədovun qızı ərə gedir. Amma spikerin qızının ailə qurduğu gənc adam ailəvi olur. Bəy Spikerin qızı ilə nigah gurmaq ücün arvadından boşanmalı olur və Oqtay Əsədovun qızı ilə ailə qurur. Boşananda da, iki körpəni, Akif və Nərminəni özü ilə götürür. Yəni spikeri Oqtay Əsədov olur uşaqların rəsmi babası.
Amma bircə dəqiqə… Uşaqların real anasına nə olur? Bax qanlı-qadalı Santa-Barbara məhz burada başlayır. Uşaqların real anasını analıq hüququndan məhrum ediblər! Əlbəttə, bu prosesdə nə Eldar Mahmudov, nə də Akif Çovdarov iştirak ediblər. Bu, spikerin öz zövqü və öz fantaziyasıdır.
Bu inzibati fantaziya isə, razılaşın ki, dünyanın ən qeridə qalan Afrika dövlətlərində də baş vermir.
Uşaqları anadan almaq olarmı?
Bizim məhkəmə praktikasna və təbii ki həm də yerli mentalitetə görə boşanan ailələrdə uşaq mütləq qaydada anaya verilir. Lakin bu işdə uşaqları nəinki anadan ogurlayıblar, hətta həmin anaya uşaqları görmə qadağası qoyulub. Uşaqların real anası öz uşaqlaını bir neçə ildi görə bilmir. Əsədovlar ailəsi qoymur. Tənha ananı analıq hüququndan məhrum etməkləilə prinsip müharibəsi illərdir ki, davam edir. Varlılar özləri üçün uşaq oğurlaya bilirlər, bunu hətta qanuniləşdirərək alicənabıq kimi də sırıya bilirlər.
Türkiyəyə köçmək əfsanəsi
Bu ailə dramını öz deputat kolleqalarına- hər halda onun da gənəşdiyi və ərk etdiyi kolleqaları var,- belıə nağıl eləyib ki, gənc ailə Türkiyədə yaşamağa üstünlük verdiyindən oraya daşınıb. Əslində isə gənc ailə, öqey uşaqları Akif və Nərminəni, real anasından qaçıraraq Türkiyəyə köcdü ki, söz-söhbət olmasın.
Prezident Administrasiyasında bu dedi- qodu belə halalnır ki, “analıqdan əsassız yerə məhrum edilmiş ananın qarqışı pis olur”.
Orda hətta bəzi mövhumatçılar son zamanlar hakimiyyət daxilində baş verən çatlaqları və xanimanın dağılmağa başlamasını analıq haqqından məhrum edilmiş gənc ananın qarğışları ilə bağlamağa da cəhd edirlər.
15 il Milli Məclisin Sədri işləyən Oqtay Əsədov , görəsən daha kimlərin və nə qədər insanın haqqını yeyib.
Xaricdə İnvestisiyalar ya da İnqilaba hazırlıq
Hazlrda, Spiker Əsədovun ailə üzvləri Türkiyədə nəhənq biznes imperiyasını qururlar. Parlamentin çayxanasında gəzən söhbətlərdən bir parçası da budur: “ Hətta Spiker özü dəhazırki siyasi sistemə inanmır və investisiyaları xaricdə yatırmağa üstünlük verir”. Orda deyilənlərə inansaq, Əsədov da oğurlaya bildiyi pulların əhəmiyyətli hissəsini Avropa banklarında saxlayır, Avropada çoxlu mülklər də alıb.
Deputatların bu hadisəyə reaksiyası
Konfidesial saxlamaq istədiyimiz 6 nəfər deputatın Spikerlə bağlı votsap yazışmalarındakı ironik qeydləri belə ümumiləşdirmək olar.
1.“Deputatın davranış kodeksinə biz anekdotlar kitabçası deyirik. Ona görə ki, deputat statusu haqqinda və etik davranış qanunlarında deyilir ki, deputat “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa riayət etməlidir. Yani bir tərəfdən, qanun diktə edir ki, deputat və onun ailə üzvləri mütamadi olaraq hesabat verməlidirlər xalqa öz mülkləri haqda. Diqər tərəfdən isə, eşidirk ki, Sədrimizin ailə üzvləri İstanbulda, Parisda at oynadır. Oqtay Əsədovun yazıq bir qadına qarşı qeyri-insani və vəhşi hərəkətlərini qınayıram!”
2.“Sədr Oqtay Əsədovun bu cavan qadının başına gətirdiyi bəlalar öz başında sınacaq. O, sədrlikdən də gedecək, deputatlıqdan da… Ən pisi isə odur ki, xalqın gözündən düşdü. Ən qorxulusu budur ki, Milli Məclis də xalqın gözündə düşdü…”
3.“Oqtay Əsədovun bu cürə hərəkətləri gözlənilən idi. Bu adam ömür boyu unitaz təmir etməklə məşqul idi, indi isə bizə sədrlik edir. Əslinə qalsa, onun sədriliyi bütün deputatlara hörmətsizlikdir. Bəyəm, normal bir deputat yoxdur ki, bizə aqsaqqaliq etsin”
4.“Təəsüf olsun, amma Oqtay Əsədov bu qadının başına gətirdiklərinə görə hamımız qarğış altındayıq. Ananı da öz dogma uşaqlarından məhrum edərlər”?
“Oqtay Əsədov Eldar Mahmudova Milli Məclisi hədiyyə etmişdi və hər bir deputat haqda ona məlumatlar ötürürdü. Bunu bütün deputatlar bilir. Eldarın “şestorkası” idi Oqtay Əsədov və təbii ki, bu, deputatların xoşuna gəlmirdi. Bu da deputatların xoşuna gəlmir ki, Oqtay özünü oligarx kimi aparır. Milli Məclisdə hamı onun necə varlı olduğundan danışır. Utanmaz-utanmaz, hələ, öz imkanları haqda da harda gəldi, danışır. O, uşaqları alınmış xanıma isə tövsiyyəm budur- Səbrli olun və unutmayın ki, karma Əsədovu gözləyir.”
6.“Oqtay Əsədov deputatları bir-birilə vuruşdururdu, deputatlar haqqında yalanlar danışırdı, onların haqqında şaiyələr yayırdı… İndi görürsünüz, hər şey elə fırlandı ki, deputatlar Oqtay Əsədovu müzakirə edir, ona görə ki, bu günə qədər, anadan uşağı alan olmayıb Azeərbaycanda”!
100 illik parlament tarixinin son 15 ili ərzində ordakı çayxana bu cür söhbətlərin şahididir və əslində, Parlament elə bu çayxanadan başalyır və burda da qurtarır…