AND Hərəkatı mətbuat azadlığının vəziyyətinə dair hesabat yaydı

AND hərəkatı Azərbaycandakı siyasi vəziyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırmaq üçün müntəzəm olaraq hesabatlar hazırlayır. Bu hesabatlarda Azərbaycandakı insan haqları və söz azadlığının mövcud durumu təsvir edilir. Həmçinin periodik olaraq son məlumatlar əlavə edilir. Hesabatlar azərbaycan və ingilis dillərində hazırlanaraq mətbuata və sosial şəbəkə istifadəçilərinə təqdim edilir. Azərbaycanda mətbuat azadlığının hal-hazırdakı vəziyyəti ilə bağlı hesabatı AND təşkilatının fəal üzvləri, siyasi aktivistlər Samir Mustafazadə və Rauf Babayev hazırlamışlar. AND bu hesabatların hazırlanmasında iştirak etmək istəyənləri məmnuniyyətlə bu layihəyə qoşulmağa dəvət edir, eləcə də mövcud durumla əlaqədar fakta əsaslanan operativ informasiyaları qəbul edir.

AND Hərəkatının Hesabatını  (aşağıdakı linkdə) təqdim edirik:

https://drive.google.com/file/d/12pKZGWR0vULXIW7RydeQp8-D21k9ELwB/view?fbclid=IwAR1GN8X0AMt6YIY3WOGZQnqdMlPIv7Pl2BLQhu0C1h1ug8l2YN9gBJQjRTs