SİYASİ MƏHBUSLAR MÜDAFİƏ MƏRKƏZİ (SMMM)

Bu gün Siyasi Məhbusların Müdafiə Mərkəzinin (SMMM) növbəti toplantısı keçirilmişdir.
Gündəlik üzrə müzakirəyə dörd əsas məsələ çıxarılmışdır:
1. Siyasi Məhbusların Müdafiə Mərkəzinin təşkilatdaxili məsələləri. Bu xüsusda, SMMM-in məramnamə prinsiplərini kobud şəkildə pozmuş bəzi üzvlərə ciddi iradlar bildirilmişdir. SMMM heyətinin aşağıdakı şəxslərdən ibarət olması barədə qərar verilmişdir: Leyla Yunus, Elşən Həsənov, Eldəniz Quliyev, Oqtay Gülalıyev, Zəfər Əhmədov, Rövşən Əhmədli, Mehman Əliyev, Hilal Məmmədov. Eləcə də bundan sonra Leyla Yunus, Elşən Həsənov və Hilal Məmmədovun SMMM-nin Koordinasiya Mərkəzini təmsil etmələri barədə ümumi razılıq əldə olunmuşdur;

2. Siyasi məhbusların son durumu, o cümlədən, davam etməkdə olan qeyri-qanuni həbslər, zindan və təcridxanalarda siyasi məhbuslara qarşı təqib və təzyiqlərin artması və d. problemlərlə bağlı müvafiq bəyanat layihəsi qəbul edilmişdir;

3. SMMM bir daha bəyan edir ki, onun əsas məramı – siyasi və vicdan məhbuslarının siyahısını tərtib etmək və onların hüquqlarının müdafiəsi ilə məşğul olmaqdır.Bu mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır;

4. SMMM bildirir ki, ləğv edilmiş “Avropa İşi” adlı Hesabatda adı keçən bir neçə nəfər istisna olmaqla, bütün siyasi mühacirlərə bundan sonra da həm mənəvi, həm də hüquqi dəstək verilməsi davam edəcəkdir.
Qeyd: SMMM adından hər hansı müraciət, bəyanat və i.a. məlumatlar yaymaq yalnız Koordinasiya Mərkəzini üzvlərinin səlahiyyətinə aiddir.
23 oktyabr 2018-ci il