Anasına sataşanlar olmasaydı

Əbil Həsənov

Bu günlərdə mətbuatda AŞPA-nın seçki müşahidəçilərinin hesabatı ilə tanış oldum. Hakimiyyətin öz cinayətlərini ört-basdır etmək, seçki saxtakarlıqlarını gizlətmək üçün avropalı deputatlara rüşvət verməsi məni elə də təəccübləndirmədi açığı. Amma mövcud Azərbaycan hakimiyyətinin avropalı deputatlara qız təklif etməsi haqqında yazılanlar əməlli-başlı hirsləndirdi. Bu əxlaqsızların özləri haqda beynəlxalq aləmdə müsbət rəy yaratmaq, xalqa qarşı etdiyi cinayətləri gizlətmək üçün avropalı deputatlara əxlaqsız qadın təklif etməsi şərəfsizlikdir. Öz hakimiyyətlərini uzatmaq naminə belə əclaflıq edib xalqın namusu ilə oynamaq alçaqlıqdır. Həqiqətənmi, onlar bu biabırçılığına görə utanıb, xəcalət çəkmirlər? Sizin qarnınız, ya kürsünüz, həqiqətənmi bu millətin təmiz adından yüksəkdədir? Yalnız fizioloji tələbatlarla yaşayanlar dediklərimi anlamazlar, anlasalar da özlərini qanmaz yerinə qoyarlar. Bu xəbəri oxuyanda yadıma bir xalq deyimi düşdü. “Qədim zamanlarda kasıb bir kişi varmış. Kişi min bir əzab -əziyyətə qatlaşıb ailəsini dolandırarmış. Bir gün kişi oğlunun anasına sataşdığını görür. O, oğlunu padşahın yanına gətirib vəziyyəti ona danışır. Padşah isə vəziyyəti öyrənib qocaya dedi-“Qoca mən bu binamusu tikə-tikə doğrayıb öldürəcəm.”Qoca ağlaya-ağlaya evinə gəlir. Əhvalatdan bir müddət keçir. Xalq padşahın yeritdiyi yarıtmaz siyasətə qarşı etiraz edir. Etirazçı ların sayı isə günbəgün artır. Padşah etirazları yatırmaq üçün həmin əyalətə qoşun göndərir. Qoşun xalqa amansız divan tutur. Etirazçıları döyür, həbs edir və digər cəza növlərindən istifadə edir.Qoca görür ki qoşunun başında onun oğlu durur.Qoca tənbəllik etməyib yenidən padşahın yanına gedərək deyir”-Padşah sağ olsun, axı sən söz vermişdin ki,mənim oğlumu tikə- tikə doğrayıb öldürəcəksən. Əyalətimizdə üsyanı yatırmağa gələn qoşunun başında anasına sataşan oğlum dururdu.” Padşah isə gülərək qocaya cavab verir.”-Sən nə danışırsan qoca? Belə anasına sataşanların hesabına mən hakimiyyətimi uzadır, taxtı-tacımı qoruyuram.” Xalqın malını oğurladıqları bəs deyil, indi də əxlaqsızlıq edib xalqın namusunu bazara çıxarıblar.Mövcud iqtidarın hakimiyyətini uzatmaq üçün necə şərəfsizlik edirlər. Görün bizə rəhbərlik edənlərin arasında qeyrətsizlər,”anasına sataşanlar” var. Mən inanıram ki,onlar öz vəzifələrini qorumaq xatirinə öz namuslarını belə sata bilərlər.