Hakimiyyəti Gözəl Bayarmı və Əfqan Muxtarlı işində ifşa edən dəhşətli fakt

 

Hüquqşünas Ələsgər Məmmədli Azərbaycan hakimiyyətini ifşa edən maraqlı bir qeyd paylaşıb. Ə.Məmmədli bir əcnəbinin gömrük bəyannaməsində göstərmədən Azərbaycana 20 min avro gətirdiyi və sonra da çıxardığı, lakin Azərbaycan hüquq-mühafizə orqanlarının onu saxlasa da, barəsində cinayət işi açmadan sərbəst buraxdığı, üstəlik pullarını da özünə qaytardığı haqda xəbərə rast gəlib və xəbəri paylaşaraq, bu vəziyyəti AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlının həbsilə qarşılaşdırıb. Yazını təqdim edirik:

 

İsveçrə vətəndaşı külli miqrarda vəsaiti – 20 min avronu ölkədən bəyan etmədən çıxararkən yaxalanıb, sonra pulu da qaytarılıb, özünü də buraxıblar gedib. Vəkili də qeyd edib ki, bu şəxs sadəcə pul çıxarmaq istəmirmiş, hətta o daha öncə də qanunu pozaraq, 20 min avronu bəyan etmədən ölkəyə gətirmişimiş. Yəni ikiqat qanunu pozduğu məlum olur.

Amma bu şəxsə qarşı cinayət işi açmayıblar. Buraxıblar gedib. Hətta ölkə hüquq müdafiə qurumları qanuna o qədər hörmət edirlər ki, onun adını və soyadını şərti olaraq göstəriblər. Sadəcə iki hərflə…
Bu xəbər mənim niyə diqqətimi çəkdi? Ona görə ki, təxminən bir il öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, siyasətçi xanım Gözəl Bayramlı və Azərbaycanın ərazi bütünlüyü uğrunda döyüşlərdə iştirak etmiş qazi jurnalist Əfqan Muxtarlı hər biri 10 min avronu bəyan etmədiklərinə görə həbs olunub, həbsxanaya göndəriliblər. Həm də nə az, nə çox biri 3 il, digəri 6 il azadlığını 10 min avronu bəyan etmədiyi üçün itirib.

İndi hansı zəka sorunu olan durub iddia edə bilər ki, bu siyasətçi xanımla jurnalist qazinin həbsi siyasi deyil? Gözəl Bayramlı və Əfqan Muxtarının üzərində tutulduğu iddia edilən vəsaitin bütünü həcmində vəsaiti öncə bəyan etmədən ölkəyə gətirən, sonra da ölkədən çıxararkən üstündə tutulan və cinayət işi açılmalı olan şəxs pulu da cibinə qoyularaq, əl-qolunu sallaya-sallaya ölkədən yollana bilir və buna görə də üstəlik utanmadan təşəkkür edir. Əslində bu təşəkkürlə də məhkəməyə, hüquq muhafizə orqanlarına siyasi müdaxiləni bəyan edir və eyni zamanda cinayət işinin açılıb-bağlanmasının siyasi müdaxilələrlə olduğunu göz önünə sərgiləyir. Avropa Məhkəməsində bu işlərin kommunikasiyasında lazımlı fakt olacaq bu yanaşma…

link.https://www.azadliq.info/219415.html