Milli Şuranın “Monarxiyaya yox! Talana son!” mitinqinin vaxtı bəlli oldu

 

Milli Şura mitinqlərə başlamaq haqda qərar qəbul edib. Qurum ilk mitinqin vaxtını da elan edib. Bu haqda AXCP sədri Əli Kərimli facebook səhifəsində məlumat verib:

“Dostlar, Milli Şura mitinq qərarını verdi! İlk mitinqimiz 11 sentyabr saat 17:00-da “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Mitinq İcra Hakimiyyətilə razılaşdırılacaq. Gəlin, birlikdә ailə hakimiyyətinin ömürlük olmasına konstitusion “əsas” yaradılmasına, artıq dözülməz həddə çatmış sosial-iqtisadi problemlərə etiraz edək, ölkədə köklü islahatlar, “Monarxiyaya yox! Talana son!” tələb edək”!