TALEYİN İRONİYASİ VƏ YA HƏMİŞƏ TƏMİZLİKDƏ 

Sən bir işə bax. 27 illik iqtidar partiyasına qulluq etmiş ataların oğulları ölkədə mövcud olan sistemə, idarəçiliyə, hakimiyyətə etiraz edib müxalifətçi olur.

Yəgin xəbər tutdunuz. Amerikada yaşayan mühacir Mone Quliyevdən atası keçmiş nazir Qüdrət Quliyev oğlunun “Azadlıq” qəzetinə müxalif mövqedən çıxış edərək müsahibə verməsindən sonra imtina edib. Nazir YAP hakimiyyətinin naziri olub. Oğlundan imtina hərəkətini bir neçə ay əvvəl keçmiş siyasi məhbus Rüfət Səfərovun atasi YAP-ci tanınmış fəalı Eldar Sabiroğlu da etmişdir.
Sən bir işə bax. 27 illik iqtidar partiyasına qulluq etmiş ataların oğulları ölkədə mövcud olan sistemə, idarəçiliyə, hakimiyyətə etiraz edib müxalifətçi olur. Bu vəziyyəti ustlənə bilməyən atalar da obyektiv və subyektiv səbəblərdən, yaxud elə konkret öz doğma partiyalarının təzyiqi altında övladlarından imtina edir. Bu 2 nəfər hələ xəbər tutduqlarimizdir. Atalarının qulluq etdiyi sistemə etiraz edən, bu cür idarəciliklə barışmayan yüzlərlə gənc var. Həm atalarina, həm də atalarının təmsil olunduğu iqtidara muxalifətdədirlər. Atalarının burda onlarla bağlı planlariyla barismayib ölkədən çıxıb gedən oğullar var. Atalarının israrlarina baxmayaraq korrupsioner, pullu dövlət işlərindən imtina edib öz bildiyi kimi yaşayan, iş quran, ürəyi istəyən sənəti, peşəni seçən gənclər elə bilirsiz azdır?
Atalarinin yoluna etiraz edən övladlar 3 cürdür:
Biriləri Rüfət və Mone kimi açıq, üsyankar tərzdə etiraz edib barismazliq edir. Müxalifəti seçir. Sonra ataları onlardan açıq imtina edir.
İkinci qrup etirazçılar atalarının israr etdiyi idarəçilikdə təmsil olunmaqdan imtina edib öz istədiyi peşəni, öz istədiyi karyeranı seçir, öz istədiyi insanla evlənir. Vəzifə qohumluguna üsyan edir.
Üçüncü qrup atasından faydalanıb mala-mulkə sahib olur. Ancaq öz malını mülkünü “xurcununa” yükləyib köçür xaricə. Bir müddət YAP gənclər təşkilatlarında, dövlət qulluqlarinda “fırlanıb”, sonra “Bağışla ata, mənə görə etdiklərinə görə minnətdaram. Məni çox istədiyindən “Jirni” vəzifələrdə işləməyimi, obyektlərini islətmətimi istəyirsən. Amma mən sənin xidmət göstərdiyin işlərə “bulasmaq” istəmirəm. Bu sistem mənə görə deyil. Sakitcə gedirəm buralardan” deyərək atalarının yolundan imtina edirlər. Belələri uzdə müxalifətə keçmir. Ancaq atalarının təmsil olunduğu hakimiyyətə müxalifdirlər.
Reallıq budur ki, bizə sirinan AzTV – dəki inkişaf edən, xoşbəxt Azərbaycanin mövcudluğuna, burdakı əmlak toxunulmazlığına, ədalətə, gələcəyə heç iqtidarda təmsil olunan şəxslərin özləri də, ən çox da heç onların övladları da inanmır. Atasına oxşamis övladlar sələfləri kimi bu ölkəyə ən yaxşı halda obyekt kimi baxır.
Atasına oxşamayan məmur övladları isə ya müxalifətçi olur, ya da səs salmadan bu sistem və idarəcilklə barismayib uzaqlaşır burdan. Bulaşmaq istəmir. Ən azından qarantiyali bir gələcək sorağı ilə xaricə köçür. Dolayısı ilə YAP yolundan imtina edir…
Ruhanilər bizə oldukdən sonra cənnət vəd eləyir. Ancaq özləri cənnəti bu dünyada yaşayıb, kef edirlər. Axirəti gözləmirlər.
Hakim partiyanın siyasəti də vətəndaşın beynini, vətənə xidmət, inkişaf edən, bəxtəvər, analoqu olmayan Azərbaycanla, vətənpərvərlik nağılları ilə yumaga çalışır. Ancaq bəxtəvərcilikdən özləri nəsibini alır, vətənin xeyrini özləri görür. Fürsət bərabərliyi yoxdur.
Bunu hakim partiyaya xidmət etmiş məmur övladları görür. Cəsarəti çatanlar açıq aşkar barismazligini dilə gətirir, müxalifətə keçir.
Bu bir tərəfdən taleyin ironiyasidir. Atanın doğru bildiyi yoldan oğlu imtina edir.
Digər tərəfdən belə oğullar haqsızlığa, ədalətsizliyə, mövcud idarəetməyə, atalarının yoluna etiraz edir. Atalarının yolu olan “vannaya” girmir. Muxalifətcilik “Duşu” qəbul edirlər. Nə deyək? Həmişə təmizlikdə cənablar !

Ramil Nəcəfov