Ərdoğan İsraili terrorda ittiham etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu Türkiyə silahlı qüvvələrinin dinc əhaliyə qarşı guya cinayət törətməsinə qarşı səsləndirdiyi sözlərə görə tənqid edib və öz növbəsində Tel-Əvivi terror siyasəti aparmaqda günahlandırıb.

“Netanyahu çox qəribə və cəfəng bəyanatlar verir. Türkiyənin terrorçuluqla qətiyyətli mübarizə apardığı bir vaxtda, İsrail cinayətkarlıqla mübarizə deyil, terror siyasəti aparır”, — deyə Ərdoğan Adanada çıxışı zamanı bildirib.