Naftalanda adam oğurluğu ilə bağlı polisin səs yazısı VİDEO

Bu ilin fevralında Naftalan şəhər polisi tərəfindən oğurlandığı iddia olunan qızın valideynləri redaksyamıza yeni faktlar təqdm edib. Qızın babası Seyidov Mirdavud əvəlcədən bu işin arxasında polis əməkaşlarının, xüsusən də Naftalan şəhər polis şöbəsinin rəisi Ziya Əliyev və onun müavini Cəbrayılın dayandığını iddia edirdi. Seyidov Mirdavud ona  bu yolla təzyiq edildiyini, onun şikayətlərindən  geri çəkindirmək istədiklərini  bildirib.

Xatırladaq ki, iki əvvəl oğlu Seyidi Paşa Mirdavud oğlunun müammalı ölümündən sonra müxtəlif ünvanlara şikayətlər etdikdən sonra, ölkə başçısı həmin işi nəzarətə götürüb.  Bundan sonra məsələ ilə bağlı həm Daxili İşlər Naziri Ramil Usubovun, həm də Baş Prokuror Zakir Qaralovun qəbulunda olub. Onlara işin detalları ilə bağlı təksibedilməz faktlar verib. Amma nə səbəbdənsə ölüm işində adı hallanan şəxslər cəzalanmaqdansa, onun ailəsinə qarşı yeni qanunsuz əməllər törədiblər. Bir müddət əvvəl Seyidov Mirdavudun mülkiyyəti olan avtomobil polisin əli ilə həyətindən aparılıb. Bununla da əlaqədar Mirdavud Seyidov əlaqəli təşkilatlara faktlar təqim edib. Qanunsuz əməlləri qanunsuzluqla ört-basdır etməyə çalışan Naftalan polisi metalitet məsələləri ilə şikayətçini susdurmaq istəyir.

Yazıda adı çəkilənlərn rəsmi mövqeyini dərc etməyə də hazırıq.

 

Azadlıq.info