“Sən kişi olsaydın, bacılarını bura gətirməzdik”
Fevralın 18-də Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın bacılarını Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparıblar.
Bu barədə bloqqerin özü məlumat yayıb. Azərbaycandan ona zəng edərək bildiriblər ki, onun bacılarını Azərbaycan polisində girov saxlayırlar. O.Teymurxan polis əməkdaşları ilə telefon danışığını qeydə alıb.
Film kimi. Qorxulu film kimi bir ölkə. Rejissoruna lənət olsun!
Posted by Kanal Turan on Sunday, February 19, 2017
Təqribən 1 ay əvvəl Orduxan Teymurxanın bacısı, bacısı oğlu və yeznəsi mətbuat vasitəsilə ondan imtina etdiklərini bildirmişdilər.
Amma ən pisi də budur ki, Azərbaycanda ictimai-siyasi fəalların yaxın qohumlarının girov götürülməsi artıq murdar bir inzibati ənənəyə çevrilib. Bununla bağlı çoxlu misallar çəkmək olar. Lap bu günlərdə, AXCP sədri Əli Kərimli Azərbaycanda inzibati terrorçuluqla bağlı daha bir faktı ifşa edib. Həmin faktı əlavə etməklə, Azərbaycan hakimiyyətinin inzibati terror ənənəcsi ilə bağlı bu xırda yazını yekunlaşdırırıq.
AXCP sədri belə yazıb…
“Ancaq biz bilirik ki, Orduxan Teymurxanın bacılarına qarşı törədilən bu ləyaqətsiz əməl hansısa vicdansız polis əməkdaşının özfəaliyyəti də deyil. AXCP Şəki şöbəsinin keçmiş sədri Rauf Əbdürrahmanlının bacısı 2 ay imiş ki, hədələnirmiş (qardaşından gizlədirmiş). Neçə gün idi ki, polislər Rauf bəyin ata evində oturub, onun gəlməsini tələb edirdilər. Davamlı təzyiqlər sonda Rauf bəyin bacısını intihar etmək həddinə çatdırıb. Yalnız oğlunun məktəbdən tez gəlməsi qadını ölümdən qurtarıb. Bəli, siyasi fəallara ailələri vasitəsilə təzyiq etmək hakimiyyətin şüurlu siyasətidir. Biz millət olaraq belə iyrənc “siyasəti” hamılıqla lənətləyirik və dayandırılmasını tələb edirik!”.
Bir millət olaraq lənətləyirikmi?
Fikrət Hüseynli