Dövlət Bahçeli Türkiye üçün alternativ təklif etdi (video)

MHP lideri Devlet Bahçeli 29 noyabrda partiyasının parlament qrupunun clasında geniş çıxış etmişdir. Avropa Parlamentinin Türkiyə üzərinə ağır şərtlər qoyması səbəbindən üzünü Şanxay Əməkdaşlıq Təşkilatına tutan Tayyib Ərdoğanı siyasətini tənqid edən Bahçeli bildirib ki, Türkiyənin seçimi bu olmamalıdır. “Şanxay Əməkdaşlıq Təşkilatı Avropa Birliyinin əvəzinə Türkiyə üçün alternativ ola bilməz. Türkiyənin seçimi bu olmamalıdır. Bizim strateji seçimimiz Türk dilli ölkələrin birliyi ola bilər və bu istiqamətdə çalışmalıyıq”, Azərbaycanı da nəzərdə tutaraq, Bahçeli bildirib ki, sərhədlər açılmalı və Türk dövlətləri arasındakı birlik nümunəvi bir birliyə çevrilməlidir. Bu birlik modelini Milliyetçi Hərəkat Partiyasının missiyası elan edən Bahçeli hakimiyyəti bu müstəvidə yeni bir blokun yaradılması üçün fəaliyyətdə olmağa çağırıb.

İnformasiya şöbəsi