Peterburqda İlham Əliyev hansı öhdəliyi götürüb?

AXCP sədri Əli Kərimli feysbuk səhifəsində Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının Sankt-Peterburq görüşündəki razılaşma barədə yazıb. AXCP liderinin dəyərləndirməsini təqdim edirik:

Dostlar, siz bu Novruzov-Nalbandyan polemikasını boş verin. Onların ikisi də yalan danışıb, camaatı yola verməklə məşğuldur. Boş sözləri, yalançı ümidləri kənara qoysaq, Peterburqda Putin, Əliyev, Sarkisyan görüşündə iki məsələdə razılaşma əldə olunub və hər iki məsələ bizim yox, düşmənin maraqlarına xidmət edir. Əvvəla, tərəflər Rusiyanın vasitəçiliyi ilə 3 ölkənin prezidenti formatında görüşləri davam etdirməyə razılaşıblar. Bu da o deməkdir ki, ATƏT-in Minsk qrupuna paralel olaraq danışıqlarda Rusiyanın rolunu daha da artıran yeni format müəyyənləşir. İkincisi, cəbhə bölgəsində müşahidəçilər artırılır və təminatlar yaradılır ki, Azərbaycan işğal olunmuş torpaqlarını öz gücü ilə qaytarmaq fikrinə heç düşməsin. Bilirsiniz bu nə deməkdir? Belə çıxır ki, aprel döyüşlərində 100 nəfərə yaxın əsgər və zabitimiz ona görə şəhid oldu ki, Rusiyanın bölgədə rolu daha da artsın? Şəhidləri ona görə verdik ki, Azərbaycan öz torpaqlarını daha azad etməyəcəyilə bağlı üzərinə öhdəlik götürsün?