Daha bir intihar… 41 yaşlı qadın özünü asdı

Bakıda intihar hadisəsi baş verib. Hadisə Binəqədi qəsəbəsi, 4-cü mədən, korpus-83, mənzil 2-də qeydə alınıb. Bakı şəhər sakini 41 yaşlı Qasımova Zümrüd həmin ünvanda özünü asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra bəlli olacaq. Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Bir müddət əvvəl Gəncə şəhərində intihar hadisəsi qeydə alınmışdı. Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə Gəncə çayının şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Şəhərin Kəpəz rayon sakini, 1940-cı il təvəllüdlü Təzəgül Tahiq qızı Xəlilovanın cəsədi çaydan tapılıb. Onun özünü çaya atdığı ehtimal edilir, çünki qadın boğularaq ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. 76 yaşlı qadının hansı səbəbdən intihar etməsi məlum deyil. (anspress)