Elmar Vəliyev Gəncəbasarı 4 saat sıraya düzüb

İyunun 7-də Göy Göl istirahət zolağına gələn yüzlərlə ailə icra başçısı Elmar Vəliyevin özbaşınalığının qurbanı olub.Belə ki, Elmar Vəliyev öz qohumları və əshabəsi ilə birlikdə, toplam 9 ədəd Jeep maşınında (təbii ki, hamısı da “200” nömrə nişanı ilə) Göy Göl istirahət zolağına təşrif buyurub, İcra başçısının tələbi ilə istirahət massivinin qapıları buraya istirahət üçün gələn vətəndaşların üzünə qapanıb.

göy göl

Elmar Vəliyev və onun dəstəsi tam 4 saat istirahət massivində yeyib içiblər, təbiətin gözəlliyinin seyrinə dalıblar. İmtiyazlı turistlər cəhənnəm olub gedəndən sonra sadə vətəndaşlar əraziyə buraxılıblar.

azerbaycansaati.tv