Heyvan buğdası

Eldəniz Quliyev

Qonşuların söhbəti.
– Alə, akazıvaetsa, bunnar neçə illərdi ki, çörəyi heyvan buğdasınnan bişirib satıllarmış bizə…
– Heyvan?
– Həə.. yəni mal-qara buğdasınnan…
– Ola bilməz…
– Nöşün olmur,alə?.. İnanmırsan Mameddən,ya Əhməddən soruş.
– Mamaed, ay Mamed, bu düz deyir?
Mamed:
– Mooo!..
– Əhməd, qədeş, sən canın, bu hökumət doğurdan biziə mal-qara çörəyi yedirir?..
Əhməd:
– Məə-əə!
– Gördün, vot! Lişni öz qulağlarınnan eşitdinmi?..
– Qu… quu… ququlu-quu!