Ukrayna vətəndir və tərk edilməz!

Müharibənin 32-cü günüdür ki, ailəsi ilə birlikdə Kiyevdə olduğunu deyən Yalçın bəy Qəhrəmanoğlu bildirib ki, şəhəri tərk etmək niyyəti yoxdur:

“Bir gün də bu şəhəri tərk etməmişəm və sona qədər də ailəmlə birlikdə bu şəhərdə qalmaq da israrlıyam. Çünki, biz azərbaycanlılar Ukrayna dövlətində və cəmiyyətində özümüzü yad, qonaq kimi hiss etmirik. Əksinə, dövlətin ictimai-siyasi, mədəni, iqtisadi həyatında varıq. Ərazi bütövlüyünün qorunmasında əli silahlı cəbhədə vuruşmaqdan tutmuş bütün mübarizə formalarından istifadə edərək bu dövlətə və xalqa sadiqliyimizi sübut edirik!
Təkcə ona görə yox ki, bu dövlət, xalq bizə qucaq açıb, səmimiyət göstərib və nəticədə bura ikinci vətənimizə çevrilib. Həm də ona görə ki, bu, bizim öz kökümüz olan türkçülüyümüzün qarşısında vicdan borcumuzdur.

Bu, torpaqlarda türk etnosu tarixən rus imperiyasının soyqırımına məruz qalıb. Krım türkləri ana yurdlarından sürgün olunub. Krım məhz bu dövlətin sərhədləri içindədir. 600 min Krım türkü işğaldan sonra bütöv Ukrayna uğrunda öz liderləri Mustafa Ağa Krım oğlunun rəhbərliyilə mübarizə aparırlar. Onlar bizi də öz ətraflatında birləşməyə sövq ediblər. Krım türklərinin milli hədəfləri və siyasi mövqeləri bizimlə eynidir. Və təbii bu səbəbdən mən də Krım tatar qardaşlarımızın və liderimiz Mustafa ağanın şəxsiyyəti və siyasi platforması ətrafında birləşmiş soydaşlarımızın yanındayam. Azad Ukrayna və azad Krım uğrunda bacardığımı etməyi özümə borc və şərəf bilirəm! Əminəm ki, qələbə bizimlə olacaq. Doğma Kiyevdə, azad və demokratik Ukraynada biz mütləq yenidən görüşəcəyik”.