Dövlət Gömrük Komitəsində bütün qanunsuzluqları ört-basdır edən, gömrük əməkdaşlarının qanunsuz əməllərinə haqq qazandıran Komitənin Hüquqi Təminat İdarəsi, onun rəisi Muxtarov Sənan Əli oğlu və İdarənin əməkdaşlarıdılar.
1959-cu il təvəllüdlü Sənan Muxtarov 1977-1990-cı ilədək Bakı Şin Zavodunda fəhləlik edərək avtomaşınlara təkər yükləyirdi. Fəhlə işləyərək işdən sonra universitetin axşam şöbəsində təhsil alaraq hüquq ixtisasına yiyələnmiş və 1992-ci ildə hansısa yollarla Dövlət Gömrük Komitəsinin hüquq şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bu ilin iyul ayında düz 30 il tamam olacaqdır ki, Sənan Muxtarov Komitənin Hüquq İdarəsinin rəisidir.
«Gömrük Məcəlləsi»ndə, «Gömrük tarifi haqqında» Qanunda və gömrük işini tənzimləyən digər hüquq normativ aktlarındakı bütün boşluqların müəllifi Sənan Muxtarovdur. Qanunvericilikdə olan boşluqlar gömrük orqanlarına imkan verir ki, sahibkarları soysunlar, gömrükçülər isə məhsuliyyətdən yayınsınlar. Bunun müqabilində Sənan Muxtarov çox saylı mülklərə, obyektlərə və digər daşınan və daşınmaz əmlaklara sahib olmuşdur. Həmçinin Səfər Mehdiyevin təqdimatı ilə 2019-cu ildə «əməkdar hüquqşünas» fəxri adı ilə prezident tərəfindən təltif olunmuşdur. Hazırda Sənan Muxtarov Biləcəri qəsəbəsində millionerlər məhləsindəki çoxmərtəbəli villasında yaşayır. Onun bir villası da Bakı şəhərində Məmməd Araz küçəsindədir. Həmin villada isə Sənan Muxtarovun sevgilisi yaşayır.
Sənan Muxtarovun 2 övladı var. Oğlu Nicat Muxtarov gömrük orqanlarında yüksək vəzifədədir. Nicat Muxtarov avtomaşın alverçiləri ilə iş birliyi qurmuş, onlardan bir necəsinə himayədarlıq edir və onlar üçün aşağı qiymətlərlə gömkük rəsmiləşdirilməsini təşkil edərək pul qazanır. Nicatın bu işlərdən 1 günlük gəliri minimum 10 min dollardır. Lakin onun özünün də ayrıca şirkəti var və ölkəyə avtomaşın idxal edir. Həmçinin öz adamlarına ili və sənədi dəyişdirilmiş maşınların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə külli miqdarda pul müqabilində şərait yaradır. Onun hazırda tutduğu vəzifəsi bu qanunsuzluqları həyata keçirmək üçün şərait yaradır. Atası Sənan Muxtarov isə ona himayədarlıq edir.
Sənan Muxtarovun səyi nəticəsində gömrük orqanlarını məhkəməyə verən sahibkarlar məhkəmə süründürməçiliyinə məruz qalırlar. Belə ki, gömrük orqanlarının adından məhkəmədə iştrak edən səlahiyyətli nümayəndələrin fəaliyyətlərini Sənan Muxtarov tənzimləyir. Onun göstərişi olmadan həmin nümayəndələr məhkəmə iclaslarına gedə bilmirlər və nəticədə məhkəmə iclasları təxirə salınır, məhkəmə prosesləri aylarla uzanır və bununla sahibkar daha çox süründürməçiliyə məruz qalaraq zərərə düşür. Bunu ondan ötrü edirlər ki, digər sahibkarlara dərs olsun, onlar gömrükçülərin qanunsuz tələbləri ilə razılaşsınlar və məhkəmələrə müraciət etməsinlər.
Sənan Muxtarovun təşəbbüsü ilə gömrük orqanları üçün məhkəmə perspektivi olmayan məhkəmə işləri üzrə apellyasiya və kasassiya şikayətləri də verilərək süni şəkildə məhkəmə prosessləri uzadılır. Təsəvvür edin ki, məhkəmə perspektivi olmayan işlərdən kasassiya şikayəti vermək üçün dövlət büdcəsindən vəkilə də 1000 manat pul verirlər ki, həmin şikayət Ali Məhkəmə tərəfindən qəbul olunsun və iş uzansın, sahibkarın malı daha çox müddətdə bahalı anbarlarda qalsın. Maliyyə Nazirliyi və Hesablama Palatası isə yoxlama aparanda bu cür israfçılığa göz yumur. Sənan Muxtarovdan soruşan yoxdur ki, «Sən onsuz da bilirsən ki, ali məhkəmədə gömrük orqanının həmin iş üzrə kasassiya şikayəti əsassız olduğuna görə təmin edilməyəcəkdir, nəyə görə dövlətin 1000 manatını boş yerə vəkilə verirsən »?
Sənan Muxtarov kimi əməkdar hüquqşunaslara görə gömrük orqanlarında qanunsuzluqlar, korrupsiya, hədə-qorxu ilə tələb etmə və sahibkarları süründürməçiliyə məruz qoymaq halları baş alıb gedir. Səfər Mehdiyevə də belə işçi sərf etdiyinə görə 30 ildir ki, onu idarə rəisi vəzifəsində saxlamaqdadır.
Yalnız Azərbaycanda gömrük orqanları sahibkarın malını 1 il ərzində bahalı anbarda saxlamaqla onu məcbur edə bilirlər ki, bəyannamədə göstərdiyi gömrük dəyərini 5-10 dəfə artırsın və bunun nəticəsində yüksək gömrük rüsumları ödəsin. Bu işdə ən fəal gömrükçülər isə yüksək vəzifələrə təyin olunurlar.
Bundan əvvəl bir neçə dəfə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edən Pərviz Kəngərlinin qanunsuzluqlarından çox yazmışıq. Onun orada Mahir və Saleh adlı gömrükçülərdən, həmçinin Elşən adlı təhqiqat şöbəsinin rəisindən ibarət yaratdığı cinayətkar qruplaşması sahibkarlara qan uddururdular. Bu bandit dəstəsinə ümumi rəhbərliyi isə İdarənin rəisi, keçmiş arabaçı Bəhruz Quliyev edirdi. Sahibkarların malları qərəzli olaraq qəsdən aylarla saxlanılırdı aeroportda, Cahangir Əsgərova məxsus bahalı Karqo anbarlarında və bununla sahibkarları qanunsuz olaraq məcbur edirdilər ki, idxal etdikləri malların gömrük dəyərlərini qaldırsınlar, bununla da artıq gömrük rüsumları ödəsinlər. Bundan imtina edən sahibkarları isə təhqiqat şöbəsinin rəisinin əli ilə istintaqa cəlb edirdilər. Bu dəhşətdir, əsl reketçilik və banditizmdir.
Bəhruz Quliyev və Pərviz Kəngərli yiyəsiz sahibkarları süründürməçiliyə məruz qoyurdular, öz adamlarını isə maneəsiz «Yaşıl dəhliz»dən keçirirdilər. Keçən il prokurorluq orqanlarına daxil olan məlumat əsasında həmin idarənin inspektoru Ariz Hüseynli və şöbə rəisi Rəhman Əliyev telefon qaçaqmalçılarına himayədarlıq etmələri və gömrük sərhədindən maneəsiz keçməyə şərait yaratdıqlarına görə həbs edilmişdilər. Səfər Mehdiyev isə abırsız-abırsız çıxıb deyirdi ki, «mənə gömrükdə korrupsiya halı göstərin mən istefa verim». Biz hər ay Səfər Mehdiyevə bir neçə korrupsiya halı göstəririk, lakin bu kolxozçu istefa vermir ki, vermir.
Qanunsuz fəaliyyətdə peşəkar olduğuna görə Səfər Mehdiyev Pərviz Kəngərlini Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edibdir.Görünür onu da nəzərə alıb ki, bu cənabın orqanizmində aşırı qaz yığılır, hay-küyü artıq olur.
Səfərə bu tip yaramaz və yararsız işçilər sərf edir.
Hazırda isə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bu qanunsuzluqlara həmin idarənin rəisi Mehman Sadıqov rəhbərlik edir. O, bu vəzifədə Bəhruz Quliyevi əvəz etmişdir. Deyilənlərə görə həmin İdarənin rəis müavinləri də bu qanunsuz əməllərə cəlb olunmuşlar. Məqsəd bütün qanunsuz vasitələrdən istifadə edərək artıq məbləğdə gömrük rüsumu toplamaqdır. Bu şəxsən Səfər Mehdiyevin əmri ilə həyata keçirilir. Səfər Mehdiyev prezidenti qarşısında bomba oğlan obrazı yaradaraq guya büdcəyə əlavə pul cəlb etməyini göstərmək istəyir. O, gözünü baş nazir postuna tikibdir və arzusunu həyata keçirmək üçün hər vasitəyə əl atır.
azerbaycansaati.tv