Səfər Mehdiyevin alabəzək maxinasiyaları və «kadrbazlığı»

İlham Əliyev Nursultan Nazarbayevdən artıq oğlandırmı?

Azərbaycanda gömrük orqanlarının özbaşınalıqlığı, gömrük komitəsinin yarıtmaz fəaliyyəti və dalana dirənmiş geydirmə islahatları, yaratdığı monopoliya və başqa qanunsuzluqlar nəticəsində ölkədə qiymətlərin surətlə artması barədə biz dəfələrlə məlumatlar vermişik. Səfər Mehdiyev bundan sonra özünə yaxın olan mətbuat orqanlarında qanunsuz əməllərinə haqq qazandırmağa çalışsa da, bunun heç bir nəticəsi olmamış və buna görə təcili olaraq kadr dəyişikliyi etmək qərarına gəlmişdir.

Dünən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük general-mayoru Bəhruz Quliyev bizə öz adamları vasitəsi ilə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin 7 yanvar 2022-ci il tarixli 1000/021ş nömrəli əmrini göndərib və bildirib ki, Səfər Mehdiyevin həmin əmri ilə onun vəzifəsi dəyişdirilmiş və həmin əmirlə, o, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Bəhruz Quliyev yandaş mediadan xahiş edir ki, onun barəsində bundan sonra heç nə yazılmasın.

Həmin əmri sizlərə təqdim edirik.

Gördüyünüz kimi, bizim yazılarımız öz bəhrəsini verdi və sahibkarlara qənim kəsilmiş özünü Al Kapone adlandıran Bəhruz Quliyevin vəzifəsi dəyişdirildi. İndiki vəzifəsində o Komitənin Aparatında oturaraq gömrük məntəqələrinin işinə nəzarət edəçək, heç bir kənar gəliri olmayacaq, yalnız Səfər Mehdiyevin ona təyin etdiyi konvertlə dolanacaqdır.  

Sahibkarlara məxsus, təyyarə ilə gələn yüklərin Bəhruz Quliyev tərəfindən uzun müddət ərzində qanunsuz olaraq aeroportda Cahangir Əsgərovun anbarında saxlanılması, sonradan sahibkarlardan şantaj edilərək əlavə pulların alınması və bəyannamə qiymətlərinin qaldırılmasının tələb edilməsi, zorla külli miqdarda anbar pulları ödətdirilməsi barədə məlumatlar vermişik. Bəhruz Quliyevlə AZAL-ın prezidenti Cahangir Əsgərovun cinayətkar ortaqlığa son qoyudumu, bunu yaxın gələcəkdə biləcəyik. İndi görək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təyin edilmiş yeni rəisi Sadıqov Mehman Ələsgər oğlu qanuni işləyəcək, yoxsa Bəhruz Quliyevin yolunu gedəcəkdir. Bildiyiniz kimi, Bəhruz Quliyevin nə kiçik sahibkar olan qadınlara, nə də ki, sahibkarlıqla məşğul olan keçmiş hərbiçilərə belə rəhmi gəlmirdi. Sahibkarların mallarını qanunsuz olaraq saxlatdırırdı daşıyıcının anbarında və sonra onlardan qanunsuz tələblər edirdi. 

Bizim yazılarımızdan sonra prokurorluq orqanları da fəaliyyətə keçdi və anbar fırıldaqları ilə məşğul olan bəzi gömrükçülər saxlanılaraq onların barəsində cinayət işi başlanıb.

Bu günlərdə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən tədbirlər nəticəsində Dövlət Gömrük Komitəsi yanında «Azərterminalkompleks» Birliyinin bir necə vəzifəli şəxsləri saxlanılıb. Birliyin müvəqqəti saxlanc anbarlarının təşkili üzrə Astara bölməsinin rəisi Etiqam Babayev və Astara şöbəsinin inspektoru İsmətulla Tağıyev həbs edilibşlər.   

Amma Səfər Mehdiyevin şəxsi firması kimi idarə etdiyi gömrük komitəsinin fəaliyyətini daima nəzərdə saxlayacaq və orada baş verən özbaşınalıqlar, gömrükçülərin qanunsuz əməlləri barədə məlumat verəcəyik.

O ki, qaıld Bəhruz Quliyevə, onun indiki vəzifəsi ölkədəki gömrük sərhəd nəzarəti məntəqələrində işin təşkili olacaqdır. Bilirsiniz ki, gömrük sərhəd nəzarəti məntəqələrində özbaşınalıqlar baş alıb gedir. Həmin məntəqələrdə işləyən gömrükçülər öz vəzifələrindən sui-istifadə edərək qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olurlar. Bu əməllərin ifşa edilməməsi üçün isə öz adamları, tir sürücüləri və qaçaqmalçılarla fərqli ölkələrin telefon nömrələrindən istifadə edirlər. Yəni, məntəqələr sərhədə yaxın olduğuna görə orada xidmət aparan gömrükçülər sərhədin o tərəfindəki ölkənin mobil operatorlarının nömrələrini işlədirlər. Məsələn, Balakən və Şıxlı gömrük məntəqələrində xidmət aparan gömrükçülər gürcü nömrəsi işlədir, Biləsuvar və Astara məntəqələrində xidmət aparanlar iran nömrəsi, SDK-da Rusiya nömrəsi və sarə.

Gömrük məntəqələrində xidmət aparan gömrükçülərin demək olar ki, hamısı bizneslə məşğul olurlar. Onlara yüklər TİR-lərin kuzovunda gəlir. Yəni, onların yaxın adamları malları gömrükçülərə TİR-lərin yük yerində deyil, avtomaşınların kuovunda göndərirlər. Xarici ölkələrdən gələn TİR-lər gömrük məntəqələrinə daxil olduqda gömrükçülər həmin yükləri məntəqələrin ərazisində saxladıqları şəxsi avtomaşınlarına boşaldır, növbədən çıxanda isə aparırlar evlərinə və ya dükanlarına. Bu qaydada qaçaq yolla gömrükçülər ölkəyə əsasən bahalı siqaret, dərman preparatları, avtomaşınların ehtiyyat hissələrini və s. malları gətirirlər. Bundan başqa, Şıxlı gömrük məntəqəsindən Gürcüstana həftənin 3 günü avtobuslar gedib-gəlir. Həmin avtobuslarda da gömrükçülər qaçaqmal göndərirlər və qəbul edirlər.

Balakən Gömrük məntəqəsində isə bir müddət əvvəl gömrük əməkdaşları özləri qəsdən rentgen aparatını söndürmüş və bu yolla ölkəyə TİR-lərdə külli miqdarda qaçaq mal gətiriblər. Balakən gömrük məntəqəsi ümumiyyətlə «bardak»dır. Səfər Mehdiyev həmin məntəqəyə Vasif adlı bir gənc leytenantı rəisi müavini vəzifəsinə təyin edib və bir aydan sonra ona kapitan rütbəsi verib. Yəni, baş leytenant rütbəsi almamış, bir dəfəyə leytenantdan kapitan olmuşdur. Belə fenomenal kadrbazlıq

yalnız Səfər Mehdiyevdən çıxar. Həmin kapitan indi axırınçı model C klass Mersedesdə gəzir. Balakən gömrük məntəqəsinin Coşqun adlı digər gömrükçüsü isə Balakən sakini olan bir qızı aldatmış, ona evlənməyi vəd edərək çinsi təcəvüz göstərmişdir. Qız hamilə qaldıqdan sonra bilmişdir ki, Coşqunun Bakıda arvadı və 3 uşağı var. Buna görə sui-qəsdə cəhd etmiş, lakin vaxtında gələn polis əməkdaşları onu xilas edə bilmişlər. Sonradan Coşqun öz arvadını boşamış və həmin qızla evlənmişdir. Yeni arvadına Balakən şəhəringə gözəllik salonu açmış, özü isə meyvə-tərəvəz biznesi ilə məşğuldur. Balakəndə xidmət aparan gömrükçülər qaçaqmalçılardan, TİR sürücülərindən pulu həmin gömrük məntəqəsinin yaxınlığında ticarətlə məşğul olan Saleh adlı şəxsin əli ilə alırlar. Salehin ticarət köşkü var. Qaçaqmalçılar və sürücülər qanunsuz keçirtdikləri mallara görə aparıb pulu verirlər Salehə, sonra isə gömrükçülər Salehdən pulu götürürlər. Balakən gömrük məntəqəsində baş leytenant rütbəsində işləyən inspektorun ləqəbi pulunun çox olmasına görə «Şeyx»dir və gerçək milyonerdir.  Soltan adlı gömrükçü isə qumarbazdır və spirtli içki içməyə meyillidir. Xidmətdə də içir və bir dəfə içkili halda TİR avtomaşınını yoxlamaq istəyərkən yıxılıb zədə alıb.

Bu yaxınlarda isə gömrük orqanının yübileyində Balakən gömrük məntəqəsində işin guya yüksək səviyyədə təşkil olunduğunu təbliğ etmək məqsədi ilə media qrupu tərəfindən videoçəkiliş aparılmış və buna görə həmin media qrupuna Səfər Mehdiyev 45 min manat pul ödəmişdir. Soruşan da yoxdur ki, dövlətin bu qədər pulunu nəyə görə giç-giç şeylərə xərcləyirlər. Sonra isə həmin pulları sahibkarların belinə yükləyirlər.  

Gördüyünüz kimi,gömrük məntəqələrində gömrükçülər qanuni xidmət aparmaq əvəzinə öz ciblərini doldururlar. Səfər Mehdiyev isə yeni əmri ilə gömrük məntəqələrində işlərin aparılmasına nəzarəti həvvalə etdi Bəhruz Quliyev adlı dələduza. Görək indi Bəhruz hansı yeni hoqqalar saçacaqdır.

Səfər Mehdiyevin bu hoqqabazlıqlarına son qoyulmalıdır. Gömrük Komitəsi ləğv edilməlidir. Başda Səfər özü olmaqla bütün rəhbər vəzifəli şəxsləri xidmətdən kənarlaşdırılmalıdır.

Əks halda … İlham Əliyev Nursultan Nazarbayevdən artıq oğlan deyil…

azerbaycansaati.tv