Saleh Rüstәmlinin bu gün mәhkәmәdә dediklәrindәn

Gәdәbәyin keçmiş icra başçısı, ermәni işğalçıları ilә savaşda qәhrәmanlıq göstәrmiş (Başkәnd әmәliyyatı), narkotiklә şәrlәnib hәbs edilәn vә AXCP-ni maliyyәlәşdirmәkdә ittiham olunan Saleh Rüstәmlinin bu gün mәhkәmәdә dediklәrindәn:
* Məni mayın 8-də, Gədəbəydən Bakıya gedərkən, Şəmkir postunda saxladılar. Başıma torba keçirib, əllərimi arxadan qandalladılar. Şəmkirdə polis bölməsinə apardılar. Orada məni ailə üzvlərimlə hədələdikləri üçün narkotik ittihamına qol çəkməyə məcbur qaldım.
Narkotikanı gödəkcəmin cibinə qoymuşdular. Əllərim qandallı olduğu üçün sual verdim ki, bu narkotikanın mənə məxsus olduğunu necə sübut edəcəksiz. Bundan sonra gödəkçəmin cibini yoxlamağımı istədilər və əllərimi açdılar. Mən isə gödəkçəmin cibini yoxlamadım, gödəkçəni çıxarıb kənara atdım və əlimi cibimə yerləşdirdikəri narkotikə vurmadım. Mülki geyimlilər mənə dedilər ki, əlin ora dəyməsə də, sübut etmək bizim üçün problem olmayacaq.
Məni 7 aydan sonra qan analizinə apardılar. “Bandotdel” adlanan yerdə ilkin olaraq məndən izahat aldılar və mən həqiqəti olduğu kimi danışdım. Onlara siyasi məhbus ailələri üçün yardım məqsədiylə ayda 300, bəzən 500 dollar məbləğində pul göndərdiyimi bildirdim. Sonra isə məni yuxarı mərtəbələrdən birinə qaldıraraq, hansısa generalın yanına apardılar. Ona da hərşeyi olduğu kimi danışdım. O isə “bunu yaxşı danışdıra bilməmisiz” dedi. Otaqdan çıxan kimi boyun nahiyəmə zərbə vurdular. Məni sürüyərək işgəncə otağına apardılar. Həmin otaqda işgəncələr başladı. Mənə təhqir etməklə, fiziki zorakılıqla, ən əsası isə doğmalarımla hədələməklə işgəncələr verirdilər. Bacımın şəkillərini göstərərək, onu da bura gətirəcəklərini deyirdilər. Bir neçə gün sonra isə yan otaqdan qardaşım oğlu Vidadi Rüstəmlinin işgəncə səslərini eşitməyə başladım. Və yalnız bundan sonra yalan ifadələr verməyə məcbur oldum. Videoçəkiliş etməmi istədilər. Guya ki, mən hər ay Əli Kərimliyə 25-30 min dollar məbləğində pul göndərmişəm. Mən işgəncələr haqqında daha ətraflı danışıb, öz yaxınlarıma pis təsir etmək istəmirəm.

Azadliq qazeti