Bir Azza şirkəti var.
Şirkətin rəhbəri Zőhrab Aslanov prezident ailəsinə yaxınlığıyla məşhurdur. AZZA azərbaycanda şirniyyat və brend içkilərin satışı ilə məşğuldur.
AZZA-da işçilər gündə müqavilə ilə nəzərdə tutulan 8 saat yerinə ən azı 10 saat işlədilir. Sürücülər isə 14- 15 saat. Normalda sürücülər üçün də 8 saatlıq iş günü nəzərdə tutulub, amma orda belədir ki, 10 saatı normaya çeviriblər, bundan artıq qalanda isə hər saata 2 manat verirlər. Bayram günlərində AZZA işçiləri səhər saat 7 dən gecə 23-ə, hətta 23.30-a kimi işlədilirlər.
Sıravi fəhlələrin qrafiki adi günlərdə belədir : Səhər saat 8-də iş başlayır. 17.40-da nahar fasiləsi. Nahardan sonra faktiki olaraq iş günü başa çatmış sayılır, amma onları hədə- qorxu və şantajla gecə saat 21-22- yə qədər işlədirlər. İşin ağırlığına görə işçilər çıxıb getdikləri üçün həmişə fəhlə çatılşmazlığı olur və buna görə də əllərində qalan fəhlələri də işdən qovmaq hədəsi ilə bu qədər işlədirlər. Fəhlə çatışmazlığını isə həm də sürücüləri fəhlə kimi işlətməklə yola verirlər. Yəni, sürücülər daşıdıqları məhsulları, gündə ən azı 900 kiloqram şirniyyat məhsullarını özləri boşaldırlar, amma maaşları sadəcə, sürücülüyə görə verilir. Bəzən isə sürücülər bu ağır, əvəzi ödənilməyən işdən imtina edirlər, amma maraqlıdır ki, müqavilədə nəzərdə tutulmayan işi görməkdən imtina edən işçiləri də gözüm- çıxdıya salıb onları işdən qovacaqları ilə hədələyirlər.
Sürücülərin gündə 12-13 saat işlədiklərini təsdiq edən qaimələri də sizə təqdim edirik. Bu yol vərəqəsi cədvəlindən görünür ki, onlar səhər saat 8 də işə başlayırlar, axşam saat 20.40-da işdən çıxa bilirlər.
Müəssisə əsasən Fort Tranzit, Mersedes Sprinter ve Hundai H 35 kimi yük avtomobillərindən istifadə edir, bu da təbiidir, çünki şirniyyat sexlərindən mağazalara yüklər bu avtomobillərdə daşınır. Amma Azza rəhbərləri vergi yükünü azaltmaq üçün bunları da minik maşını kimi sənədləşdirir.
Məzuniyyət pulu qabaqcadan ödənilməlidir, amma Azza məzuniyyət pulalrını işçilər işə döndükdən bir neçə ay ərzində süründürmə ilə , hissə- hissə ödəyir.
AZZA yalnız şirniyyat satışı ilə deyil, həm də özünün 89 ədəd mağazalarında brend xarici içkilərin satışı ilə də məşğuldur.
Bu spirtli içkilər Azərbaycana Gömrük rüsumu ödənilmədən idxal edilir. Əlavə olaraq, Gömrük keçid məntəqələrində ayrı- ayrı adamlardan və şirkətlərdən müsadirə edilən xarici markalı spirtli içkilər də Gömrüyün anbarlarından TIR-lara doldurularaq Rəhim Bəbirov adlı şəxsin nəzarəti altında Azzanın anbarlarına daşınır, ordan isə Azzanın dükanlarına . Gömrüyün içkiləri satıldıqca hər ay onların pulu xüsusi inkassator maşınları ilə Bakı şəhər Gömrük xidmətinin Salyan şosesi 11 ünvanında olan binasına çatdırllır.
AZZA şirkətinin rəhbəri Zöhrab Aslanov Paşayevlərlə qohumdur, bəziləri isə onun qohum olmadığını, sadəcə olaraq Mircamal Paşayevlə yaxın dost olduğunu deyirlər. O qədər yaxın ki, Azza-nın sərəncamında olan İsmayıllı mal-qara fermasının açılışına şəxsən İlham Əliyevin özü təşrif aparıb və fermanı şərəfləndirib. Əslində isə, Azza bütünlükdə Paşayevlərin özlərinə aid olan daha bir şirkətdir, « dost » Zöhrab Aslanov isə bacarıqlı menecer kimi xidmətə cəlb edilib.