2022- ci ilin iyun ayının 16- dan Niderland hökumətinin saytında xarici ölkə səfirlikləri ilə bağlı məlumatları arasında, “Azərbaycan səfirliyi” rubrikasında bir xəbər yerləşdirlib. Bu xəbərdə bildiririlir ki, səfirliyin birinci katibi vəzifəsində Nurlan Əliyev adlı şəxs fəaliyyətə başlayıb. https://www.government.nl/topics/embassies-consulates-and-other- representations/overview-countries-and-regions/azerbaijan/embassy-of-the-republic-azerbaijan- s-gravenhage#:~:text=Nurlan%20Aliyev,First%20Secretary
Amma bu xəbərin “mübtədası” ilə bağlı qəribəliklər var. Adətən, akkreditasiya edilən diplomatlar haqqında XİN sistemindəki fəaliyyəti ilə bağlı, az da olsa, xidməti bilgilər əlavə edilir. Nurlan Əliyevin səhifəsi isə bomboşdur. Amma axı bu cənab diplomat birdən- birə səfirlikdə ikinci şəxs statusunda peyda ola bilməzdi!
https://hague.mfa.gov.az/az/content/48/embassy-staff
Adam haqqında heç bir bilgi yoxdur!
Sonrası isə daha qəribədir.
Baxmayaraq ki, Niderland hökuməti öz saytında bizim diplomatımızın haqqında informasiya yerləşdirib, Azərbaycan səfirliyinin saytında bu şəxslə bağlı heç bir xəbər yoxdur. Üstəlik, Nidelanddakı rəsmi tədbirlərdə də özünü gözə soxmur, fotoqraflardan yayınır, çalışır ki, arxa fonlarda yer tutsun.
Amma hər halda belə tədbirlərin birində fotoqraf onu yaxalaya bilib.
Bu qəribəliyin səbəbi nədir?
Bəlkə saytı yeniləyən adminlərin məsuliyyətsizliyi üzündən yüksək vəzifəli yeni diplomat haqqında xəbər 3 ay ərzində sayta yerləşdirilməyib?
Yoxsa, bunu məqsədli şəkildə ediblər?
Axı, Niderlanddakı azərbaycanlılar diplomatik korpus haqqında bilgi almaq üçün adətən Niderland hökumətinin saytına yox, Azərbaycan səfirliyinin saytına baxırlar.
Sən demə, cavab sadə imiş.
Məsələ burasındadır ki, Nurlan Əliyev ümumiyyətlə, diplomat deyil. O, uzun müddət- polkovnik rütbəsinə qədər Prezident Administrasiyasında Xüsusi İdarənin hərbi əks- kəşfiyyat şöbəsində çalışıb.
Bu ilin yanvar ayında Xarici İşlər Nazirliyinin sərəncamına keçirilib, orda Niderlanddakı ümumi vəziyyət, özəlliklə də Niderlandda yaşayan azərbaycanlılar haqqında ətraflı bilgilərə sahib olmaq üçün 6 aylıq kurs keçib. Sonra isə Avropa İttifaqı ölkələrindəki Azərbaycan səfirliklərinin fəal siyasi mühacirlərə qarşı fəaliyyətlərinin koordinasiyası üçün Niderlanda yerləşdirilib.
Yəni, kimisə ələ almaq, kimisə qorxutmaq, şantaj etmək, ola bilər hətta kimisə aradan götürmək.
Niderlanddakı Azərbaycan səfirliyində tikildiyi vəzifə isə sadəcə olaraq yaxşı örtükdür. Təsadüfi deyil ki, o yeni vəzifədə səfirə deyil, birbaşa Prezident Administrasiyasında Xüsusi İdarənin rəhbərliyinə tabedir.
Arif Yunus
Sülh və Demokratiya İnstitutu