3 000 000 dollar rüşvət verib, hələ də deputatdır

Elxan Süleymanov Azərbaycan Parlamentinin üzvü olaraq qalır.Rüşvətxor deputat deputata tən gərək, istər Azərbaycanda, istər İtaliyada…
Lakin bir böyük fərq var ki, Azərbaycan hökumətindən 2 milyon 390 min avro rüşvət aldığına görə Luka Volonteyə qarşı artıq cinayət işi başlayıb, rüşvəti verən Elxan Süleymanov isə hələ də deputat kimi at oynadır, gözün üstə qaşın var deyən yox, zarafat deyil, o boyda prezident durub arxasında dağ kimi…