İqtisadçı Nemət Əliyev bu barədə faktlarıl öz facebook profilində qeyd edib.
“Son iki ildə ölkəmizin iqtisadi gəlirləri 38 milyard dollar azalıb. Başqa sözlə, 2016-cı ildə ÜDM-in faktiki bazar qiymətləri ilə məbləği 2014-cü ilə nəzərən 50,4% faiz azalaraq 37,5 milyard dollara düşüb. Nəzərə almaq lazımdır ki, 38 milyardlıq itkinin ölkəmizin iqtisadiyyatında açdığı uçurumdan yaxa qurtarmaq asan olmayacaq.
Daha pis olanı budur ki, ümumi itkilərin 57 faizə yaxını və ya 21,5 milyard dolları qeyri-neft sektorunda əmələ gəlib. Buradakı azalmanın 9,5 milyardı 2015-ci ilin payına düşübsə, 12 milyardı 2016-cı ilin payına düşüb. Başqa sözlə, 2016-cı ildə itkilərin ölçüsü 2015-ci ilə nəzərən 26% böyük olub”.