Hakimiyyətin ən böyük informasiya resursu olan APA agentliyi öz əməkdaşı Fərahim İlqaroğlunu siyasi səbəblərə görə işdən azad edib. Hadisənin maraqlı səbəbi var və bu səbəb bilavasitə Milli Şuranın 11 sentyabr mitinqi ilə bağlıdır. Belə ki, Eynulla Fətullayev öz facebook səhifəsində mitinqin keçirildiyi stadionun hansısa bir küncündən şəkil paylaşaraq mitinqin baş tutmadını elan edib. Fərahim İlqaroğlu isə şərh yerində başqa bir şəkil paylaşaraq mitinqin baş tutduğunu və faktlarla danışmağın vacib olduğunu xatırladıb. Bundan sonra Eynulla Fətullayev qəzəblənərək Fərahimin yorumlarının şəklini çıxarıb və prezident aparatına yollayıb. Az keçmiş iş yerindən jurnalistə onun işdən azad edildiyini elan ediblər.
Jurnalist işdən azad edildiyini belə qarşılayıb. “APA Holding”lə yollarımız ayrıldı. İşdən çıxarılmama səbəb kimi mənim jurnalist Eynulla Fətullayevin paylaşdığı postda mitinqdən olan bir fotonu şərh kimi yerləşdirməyim və eyni zamanda “Azadlıq” qəzetində çalışan həmkarlarımı müdafiə etməyim göstərildi. Müqaviləmə xitam verən şirkət gecə-gündüz, bayram-bazar demədən işləməyimi, eyni zamanda himayəmdə azyaşlı körpə, işləməyən yoldaşım, atam və anam, banka olan böyük məbləğdə kreditlərimi nəzərə almadı”.
azerbaycansaati.tv