Heydər Əliyevin Tbilisidəki abidəsinə etiraz

Tbilisinin mərkəzində yerləşən Heydər Əliyevin abidəsinə naməlum şəxslər qırmızı boya atıblar. Yerli saytlar abidənin şəkilini təqdim ediblər. Boya abidənin üzərindəki yazıları oxunmaz hala salıb.

Gürcüstan KİV-nin məlumatına görə, artıq 5-ci gündür ki, Gürcüstanda yerli jurnalistlər və fəallar azərbaycanlı jurnalist Əfqan Muxtarlıya dəstək aksiyası keçirirlər. Səbəb Ə.Muxtarlının  Tbilisin mərkəzində oğurlanaraq Azərbaycana gətirilməsidir.