Korrupsiya Irsi xəstəlik sayıla bilərmi?

Gülləkeçirməz qardaşlar və onların təslim olmuş himayədarları

Xüsusi vurğulamağa dəyərmi ki, Azərbaycanda korrupsiyaya görə vurulan məmurların hamısı illər boyu mətbuatın hədəfində olur, onların əməlləri ifşa edilir. Həm də, bu əməllərin hər biri ağır xarakterli iqtisadi və sair tipli cinayət əməlləri olur. Bu gün komik situasiya yaranır. Bir tərəfdə MTN-in bəlli əməkdaşlarını işgəncələrə görə mühakimə edirlər, o biri tərəfdən başqa bir dövlət orqanında amansız işgənclərin fəryadı yüksəlir. Bu, əlbəttə, anormallıqdır və dövlətə yaraşmayan işlərdir.

İndi isə daha konkret. Hələ iki il bundan əvvəl Azərbaycan Saatı TV öz proqramlarında Beynəlxalq Bankda baş verən korrupsiya əməliyyatları ilə bağlı ətraflı məlumatlar verirdi. Bu gün Cahangir Hacıyevin məhkəməsində ortalığa çıxan faktların hər biri ortalığa çıxarılmayan başqa faktların yanında o qədər də dəhşətli deyil. Kimə nə sərf eləyirsə, onun üstünü açır, əsl həqiqətlər və gerçək cinayətlər isə hələ də dumanların arasında gizlənməkdədir.

Bu faktlardan birini oxuculara xatırlatmağa dəyərdi. Söhbət Cahangir Hacıyevin yanında xüsusi imtiyaz sahibinə çevrilən iki qardaşın yaratdığı qeyri-adi şəbəkələşmədən gedir. Bunlar Cəmil və Anar Sultanov qardaşlarıdır. Anar Sultanov Beynəlxalq Bankın ,,Azəri Kart,, adlı törəmə müəssisəsinin, Cəmil Sultanov isə yenə də həmin Beynəlxalq Bankın ,.Beynəlxalq sığorta,, agentliyinin rəhbəri işləyirlər,

600@0

Cəmil Sultanovu hamı Cahangir Hacıyevin sağ əli kimi tanıyır və qəbul edirdi. Bu gün Cahangir Hacıyevlə birlikdə ,.həyatın o üzünə,, atılan adamların törətdiyi əməllərin demək olar ki, hamısında bu adamın iştirakı, həm də təşkilatçılardan biri olaraq iştirakı var. Elə bu iri səlahiyyətlərin və xüsusi imtiyazların hesabına bu qardaşlar əməlli başlı iri xaniman yarada bilmişdilər. Qardaşlar Bakıda, Statistika Komitəsinin yaxınlığındakı ,,Qorodok,, adlı restoranın, Dərnəgüldə beton zavodunun, Müdafiə Nazirliyi üçün dövlət sifarişi ilə ayaqqabı istehsal edən ayaqqabı fabrikinin sahibləri idilər. Bu ayaqqabı fabriki ilə bağlı xüsusi bir əlavə də etmək olar. Belə ki, bu fabrikə İtaliyadan texnoloji avadanlıqların alınması üçün milyonlarla dollar pul ayrılmışdı, amma əvəzində qardaşlar elə həmin İtaliyadan qəpik-quruşa köhnə avadanlıqlar alıb aradakı fərqi Hacıyevin və özlərinin ofşor hesablarına axıtmışdılar.

img_2957_227

Qorodok restoranı

Bucür maxinasiyaların nəticəsidir ki, onlar Londonda, İspaniyada, Türkiyədə, eləcə də ölkə daxilində – Bakıda və ətrafında, Şamaxıdakı Çuxuryurd zonasında, Şəkidə, Qəbələdə saysız-hesabsız mülkün və imarətlərin sahibi olublar. (Proses isə hələ də başa çatmayıb).

Azərbaycan Saatı bu qardaşların kredit maxinasiyalarında iştirakçı olduqları barədə bir neçə dəfə xəbər yaymışdı. İndi bu isterik məhkəmə araşdırmasında üzə çıxır ki, hələ filial direktoru işlədiyi zamanlarda Anar Sultanov 94 milyon ABŞ dollarını həzm-rabedən geçirib və izini də itirə bilib.

Sentyabrın 2-dəki məhkəmə prosesində Cahangir Hacıyevin sürücüsü məhkəmədə təsdiq etdi ki, Anar Sultanov ona bircə dəfə imza atdıraraq 18 milyon, 32 milyon və 10 milyon dollarlıq kreditləri həmin sürücünün adına sənədləşdirib.

Bu günlərdə davam edən məhkəmə isə özünə əziyyət də verib araşdırmır ki, Anar Sultanov ,,Azəri Kart,,ın rəhbəri olaraq hansı kartları qarışdırıb. Dolların 0,76 manat olduğu zamanlarda maya dəyəri 10 dollar olan Bank kartlarını 10 manata sataraq nə qədər qabağa düşdüklərini də məhkəmə hesablamır. Həm də görünür ona görə hesablamır ki, bir yerdən çapıb talanan 30-40 milyonlar varsa, 10 manatlıq kart satışından miənimsənilən milyonları hesablamaq qəpik-quruş söhbəti olardı. Amma elə həmin ,,qəpik-quruş,, söhbətinə görə o zamanlar Paşayevlərin sərəncamında olan Kapital Bank  da ,,AzəriKart,,la əməkdaşlıqdan imtina etmişdi.

Böyük qardaş olan Cəmil Sultanov isə Cahangir Hacıyevlə Eldar Mahmudovun ortaq əməliyyatlarında xüsusi yer tutan adamlardan biri olub. O, hələ bu gün də Beynəlxalq Sığortanın rəhbəridir. Əvvəllər isə AlfaSığortanın də sahibi idi. Eyni zamanda, yol üstü, Cahangir Hacıyevin və Eldar Mahmudovun qurğusu ilə ələ keçirilən Texnikabankın da prezidenti olmağa macal tapmışdı.

Korrupsiya sülalədən qaynaqlanmalıdır. Bu da bir irsdir, mirasdır… ta 1988- ci ildən üzü bəri Bakıdakı 6 saylı uşaq xəstəxanası da bu ailəyə aiddir. Bu xəstəxana isə ölkədəki ən qarmaqarışıq səhiyyə müəssisələrindən biridir ki, oradakı olaylardan əlahiddə olaraq bəhs etmək lazım gələcək. Cəmil və Anar Sultanovların ,,yağlı,, və işıq üzü görməyən başqa fəaliyyətləri haqqında geniş arayışlarla birlikdə…

azerbaycansaati.tv