Asan Xidmətin buynuzları göründü

Asan Xidmət Seymur Həzi və Nigar Yaqublunun nikahını qeydə almaqdan boyun qaçırır

Pəhəpəhlə təriflədikləri Asan xidmətin də, sadəcə bir imic görüntüsü olduğu üzə çıxır. İndi həbsdə olan vicdan məhbusu Seymur Həzinin Nigar Yaqublu ilə evlilik xəbəri sosial medianın ən çox müzakirə edilən predmetinə çevrildi. Görünür, günün ən optimist xəbərinə bu qədər həssa reaksiya hakimiyyəti qorxudub və qaramat niyyətlərinə təpki kimi onları qıcıqlandırıb. Buna görə də Asan Xidmətə göstəriş veriblər ki, Seymur Həzi və Nigar Yaqublunun nikahını qeydə almasınlar.

nigar1

Nigar Yaqublu Asan Xidmətin oğurlanmış əməkdaşını gözləyir

Bəhanə kimi isə Nigar Yaqublunun Asan Xidmətə 10 dəqiqə gecikdiyini göstərirlər. Nikahı qeydə almalı olan Asan Xidmət əməkdaşını isə aradan çıxarıblar. Tutaq ki, Nigar Yaqublu 10 dəqiqə gecikib, bəs, bu tərifli Asan Xidmətin əməkdaşı iş yerini buraxıb hara qeyb olub?

azerbaycansaati.tv