Seymur Həzi ilə Nigar Yaqublu evləndi

Əməkdaşımız Seymur Həzi siyasi fəal, Müsavat Partiyasının üzvü Nigar Yaqublu ilə evlənir. Bu xəbəri facebookda Nigar xanım bu saatlarda paylaşdı.

seymur nigar

Hər iki gəncə xoşbəxtlik arzulayırıq. Seymur bəy və Nigar xanım isə bu addımla həm də həbsxananın zəhmini darmadağın etdilər. Buna görə isə onlara xüsusi təşəkkür düşür!

Nigar Yaqublu da bir müddət həbs həyatı yaşayıb. Onun atası Tofiq Yaqublu isə Müsavat başqanının müavinidir. Tofiq Yaqublu keçmiş siyasi məhbusdur. O, İsmayıllı hadisələrinə görə şərlənərək həbs edilmişdi. Əslində isə onun həmin hadisəlrə aidiyyəti yox idi və Tofiq bəy, məhz siyasi fəaliyyətinə görə həbs edilmişdi.

Seymur Həzi “Azadlıq” qəzetinin şöbə müdiri, Azərbaycan Saatı TV- nin redaktorudur. O, şərlənərək həbs edilib və hal-hazırda 17 saylı cəzaçəkmə müəssisəsindədir.

azerbaycansaati.tv