Fransada terror: ölü sayı 100-ü keçə bilər (video)

Bir neçə saat əvvəl Fransada Nice şəhərində 14 iyul Bastiliyanın alınması günü münasibəti ilə keçirilən Milli Bayram atəşfəşanlığını izləmək üçün şəhər meydanına toplaşan on minlərlə insanın üstünə maşın sürərək terror aktı törədilib.

İzdihamda yüzlərlə ölü və yaralı var. Terrorun başqa şəhərlərdə də ola biləcəyi ehtimailı iıə polis və təhlükəsizlik qüvvələri fövqəladə iş rejiminə keçiblər. Hadisəni törətməkdə şübhəli bilinən terroristlərdən birinin zərərsizləşdirildiyi barədə xəbər yayılıb.